BP "Qobustan"da qiymətləndirmə aparır

BP şirkəti "Qobustan" müqaviləsi çərçivəsində axtarış-kəşfiyyat quyusunun qazıntısı ilə bağlı qiymətləndirmə aparır.

“Report”un məlumatına görə, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"Quyunun ilkin nəzərdə tutulandan daha dərin olduğu və ona görə də nəzərdə tutulandan daha mürəkkəb texnologiyadan istifadə edilməsinə ehtiyac yarandığı müəyyənləşib.Ona görə də hazırda qiymətləndirmə aparılır".

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında BP şirkəti Azərbaycanda mövcud “Qobustan” Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) 61 faiz iştirak payı əldə edib.

Bu pay “Arawak Energy” şirkətinin filialı və “Vitol” Qrupun bir hissəsi olan “Commonwealth Gobustan Limited” şirkətindən alınıb və həmin şirkətə məxsus iştirak payının bir hissəsidir.

Müqaviləyə əsasən, BP həmin müqavilə sahəsində potensial perspektiv strukturu qiymətləndirmək məqsədilə bir axtarış-kəşfiyyat quyusu qazmalı və bu quyu ilə bağlı əməliyyatların operatoru olmalıdır.

Quyunun 2019-cu ilin ikinci yarısında qazılmasının planlaşdırıldığı qeyd olunurdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar