Yunanıstanda rekord miqdarda narkotik maddə ələ keçirilib

Yunanıstanın hüquq-mühafizə orqanları 660 milyon ABŞ dolları məbləğində 5,25 ton kaptaqon adlı süni narkotik maddəni ələ keçirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yunanıstan Maliyyə Nazirliyinin iqtisadi və maliyyə cinayətkarlığı ilə bağlı qurumu (SDOE) məlumat verib.

Psixotrop xassələrə malik və Ərəbistan yarımadası, Suriya kimi bölgələrdə məşhur olan kaptaqon Yaxın Şərq terrorçuları tərəfindən geniş istifadə olunduğundan “cihadçıların nəşəsi” adı ilə də tanınır.

Bir həftə ərzində aparılan əməliyyata SDOE-nin Əməliyyat İdarəsinin Narkotiklər və silah alverinə qarşı şöbəsi, polis, Sahil Mühafizəsi, Liman Xidməti əməkdaşlarından ibarət gündəlik 20 nəfər cəlb olunub. Nəticədə Suriyadan gələn üç konteynerdə 5250.500 qram çəkidə 33 078 150 həb ələ keçirilib. Həmin yükün ümumi bazar qiyməti 660 milyon ABŞ dolları, yaxud 587,45 milyon avrodur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar