Sabirabadda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

Sabirabad rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şıxsalahlı kənd ərazisində baş verib.

İlkin məlumata görə, “Qaz-31” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan biri, Sabirabad rayonunun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlu ciddi xəsarət aldığından Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar