PREZİDENT QIZININ HƏBSXANA HƏYATI  - "O, çarpayısının pəncərə kənarında olmasını istəyib"

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın koloniyadakı yaşayış şəraiti normalara müvafiqdir, ona tibbi yardım lazım olan səviyyədə göstərilir.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, Daşkənd vilayətinin Zangiat rayonunda yerləşən 21 saylı qadın koloniyasında olmuş Ədliyyə Nazirliyinin əməkdaşları belə qənaətə gəliblər.

Nazirliyin mətbuat xidməti xəbər verir ki, Kərimova koloniyaya 14 mart 2019-cu il tarixində daxil olub və ümumi rejimli 2 saylı sektorun 7 saylı dəstəsinə yerləşdirilib. O, çarpayısının pəncərə kənarında olmasını istəyib. Həmin yer başqa məhbus qadın tərəfindən tutulsa da, o, çarpayısını Kərimovaya güzəştə gedib.

Eks-prezidentin böyük qızı koloniyanın kitabxanasına abunə olub, iki dəfə - martda və iyunda məktub yollayıb. Öz qızından dörd dəfə bağlama və “peredaça”, həmçinin pul qəbul edib, həmin pulları koloniyanın mağazasında xərcləyib. Ədliyyə Nazirliyinin əməkdaşlarının ziyarəti vaxtı onun hesabında hələ pul vəsaiti qalırmış.

Aprelin 12-dən 15-dək Kərimova ailə üzvləri ilə uzunmüddətli görüşdə olub. Buna bir neçə gün qalmış iki dəfə qısamüddətli görüşlərdən yazılı şəkildə imtina edib. Aprelin 2-də və 17-də, həmçinin iyunun 17-də isveçrəli vəkili ilə görüşüb.

Ziyarətçilər Gülnarə Kərimovanın özü ilə görüşüblər. Söhbət əsnasında o, məhbus kimi hüquqlarının pozulmasından və məhdudlaşdırılmasından şikayətlənməyib və bu mövzuda danışmağa həvəssiz olduğunu nümayiş etdirib. Onun əsas iradları koloniyada olduğu müddətdə yaxınlaşdığı məhbusların başqa dəstələrə köçürülməsi və onun cinayət işinin istintaqında yol verilmiş qanunvericilik pozuntuları barədə olub.

Görüş vaxtı Kərimova xroniki xəstəlikləri üzündən yerləşdirildiyi sanitar hissədə olub. Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, bu xəstəliklər onda 2017-ci ilin dekabr ayında Səhiyyə Nazirliyinin Baş bürosu tərəfindən aparılmış komissiya məhkəmə-tibbi ekspertizası zamanı aşkarlanıb. Ədliyyə Nazirliyinin əməkdaşları iddia edirlər ki, Kərimova koloniyaya daxil olduqdan sonra ona dəfələrlə ixtisaslaşdırılmış tibbi yardım göstərilib.

Gülnarə Kərimovanın koloniyada sifariş etdiyi kitabların siyahısı

Onlar ombudsmanın bu məhbus üçün Səhiyyə Nazirliyinin təcrübəli mütəxəssislərinin, o cümlədən kardioloqun, ginekoloqun, stomatoloqun, infeksionistin, funksional diaqnostika həkimlərinin, endokrinoloqun, qastroenteroloqun, psixiatrın və digərlərinin iştirakı ilə məsləhətləşmələrin təşkil edildiyi barədə məlumatını təsdiqləyiblər. Kərimovanın özü ona göstərilən tibbi yardımın keyfiyyəti ilə əlaqədar heç bir irad bildirməyib, zahirən onun üzərində xəsarətlər aşkarlanmayıb.

Birinci Özbəkistan prezidentinin böyük qızı həm ölkədən xaricdə, həm də Özbəkistanın özündə pul tələb etmədə və pulların yuyulmasında şübhəli bilinərək, barəsində cinayət işləri qaldırılıb. Öz vətəinində onu birinci cinayət işi üzrə 5 il müddətinə azadlığının məhdudlaşdırılmasına, ikinci iş üzrə isə 10 il müddətinə həbs cəzasına məhkum ediblər, lakin sonradan bu cəza 5 illik azadlığın məhdudlaşdırılması ilə əvəzlənib. Kərimova “cəzasının çəkilməsi qayda və şərtlərini kobud şəkildə pozduğuna görə” koloniyaya köçürülüb.

635x100

Şərhlər

Geber 2019-07-06 00:01:25

Gülnarə Kərimova heç bir halda koloniyada deyil , inğilis teatr sənətkarlarinin realitişousunda Prezidentliyə doğru baş rolu ifa edir. Səhnə sonu özbəklərin ruhuna yatan meksika serialinin qəhrəmani Rabinya İzaura timsalinda Prezident kürsüsündə oturacaqdir . Ğuya Ostrovski Çerneşevskinin kitablarini vərəqləməsi : kREMLDƏ OTURAN YELBEYİNLRİN sacdibinə deyil , yalniz SAÇİNA SİĞAL VERMƏKDƏN ÖTƏRİDİR . Beləki Özbəkistanda ildə 100 ton qizil Uckudumda isə ən zənğin uran yataqlarinin olmasi +Kərimovlarin diğər qruplaşmalardan daha effektli menedjmenti Londonda oturan piyli pişiklərə sərf edir. Mirziyəyev isə prezident rolunu əsl prezident peyda olana qədər ifa edir . Bu sövdələşmədə Kremlin də payi vardir və bu səbəbdən proyekt uğurlu ola bilər. Bircə nyans planin korlanmasina səbəbola blər bu da Kərimovanin ekstravaqant tərzdə idarəolinmamasi ilə xəstəlik həddinə çatan vərdişləridir. İstənilən halda Kreml Kazaxstanda bəyin soldişi rolunu itirdiyi kimi , Özbəkistanda da bəyin sağdişi Türkmənistanda isə ğəlin ğətirmə kortejinin sürücüsu rolunu itirmək üzrədir . Kremlin ğözə çarpmaz Primakovdan qalma okeanin üstundə aldadici təyyarə döndərmə nin strateqiyasinin nəzəri praktik tətbiqi haqda məxvi bilğilərimi açmaq özüm üçün : maymaqliq olsada belə . Primakovun ilk nöqtədə bərbəzəkli metodikasi 2012 - 2013 ci ilə qədər uğurlu olmüşsa da belə , əldə olan mənfəət son illərdə sifra enmişdir. Beləki bu tip strateqiyalarda inğilislərin pakistanda Benəzir Bxutto Hindistanda Qandi sualalə at ğedişləri daha irihəcmli termodinamikasi ilə qizilin qiyməti kimi stabil dividentlər ğətirən bir metodikadir. Onu da nəzərə almaq lazimdir ki Primakov Stalinin məhv edə bilmədiyi qorxaq nomenklatur karyeristi olmaqla başqa bir metodika fikirləşməkdə məhdud idi . Keçmiş SSSr- məkaninin müsəlmən ölkələrinin ayri şixiş yollari varmi ? Xeyr ola da bilməz əğər Qorbaçov vaxtinin iflasini nomenklaturanin beyin zəifliyi səciyyələndirməsi fakti ilkin nərdvanin ilk pilləsi kim qəbul etsək . onda nərdivanin birinci və sonuncu pilləllərində yol axtarmaq şansi ola bilərdi ,əfsus ki bizlər hələ ki nərdivanin ikinci pilləsi ilə birinci pilləsi arasinda qalmişiq yox , bizi orada ğözəğörünməz strateqiyalar ilə . özümüzün iradə ifadəsi ilə pillə yerinə pərçimləyiblər.

dadaşyev 2019-07-06 00:01:25

davamı;İslam Kərimov bilsəydi ki,ona pərəstiş edənlər,bir barmağının işarəsiylə əyilib ayaqqabısını öpüb qalstuklarıyla par-par parıldayana qədər silməyə hazır olanlar ondan sonra qızını həbs edəcəklər,dərilərinə saman təpərdi.Yaltaqlıq etməyə azacıq da olsa meyl edənləri Bağırov kimi tutub Sibirə göndərərdi.Allah sənə rəhmət eləsin,Bağırov.Vallah qeyri-adi adam olmusan.37-də Qubada kolxoz sədri olan bacın Seyid Fatmaya rayon böyükləri ad günündə bir qutu konfet vermişdilər deyə üçünü də Sibirə göndərdin.

dadaşyev 2019-07-06 00:01:25

Hər bir lider bilməlidir ki,onun ən iyrənc düşmənləri ancaq və ancaq ona yaltaqlananlardır.O yaltaqlar xalqla liderlərin arasına girib liderlərdə öz xalqına qarşı laqeydlik,biganəlik yaradırlar.Xalqın səsi eşidilməsin deyə o yaltaqlar administrasiyanın məktublar şöbəsinə xalqdan gələn dərd dolu məktubları hırıldaya-hırıldaya,vicdan əzabı çəkmədən cırıb atırlar və buna görə o məktub sahiblərinin yaşadıqları rayonların başçılarından aybaay gözəl pullar alırlar.Amma baxın o liderlər ölən kimi nə olur?

müsəlman 2019-07-06 00:01:25

ölsəm bədənimi buz ilə yuyun, dərd ilə yanıbdır bədənim mənim köksümün başına biraz buz qoyun alışıb yanmasın kəfənim mənim gözüm yollarda baxacaq sizləri gözləyəcəyəm çünki elim üçün yandım dünyada göylərdən mən sizi izləyəcəyəm.-İslam Kərimov yazıb bunu-indi "onun kadrları" BAXIN nə edirlər-ALLAH sənə rəhmət eləsin-sən yaxşı kişi olmusan-Azərbaycanada hörmət qoyurdun-yaşa-qəlblərdə

dadaşyev 2019-07-06 00:01:25

Bu xanıma dəlicəsinə vurulmuşam.

müsəlman 2019-07-06 00:01:25

Hardasan ay İslam ! ! !

Son yazılar