Bakıda yük maşını aşıb, yolda tıxac yaranıb - FOTO

Bakının Binəqədi rayonunda yük maşını qəza törədib.

APA-nın məlumatına görə, Biləcəri qəsəbəsi, Biləcəri-Binəqədi dairəsində baş vermiş hadisə zamanı "KamAZ" markalı yük maşınının yük qoşqusu aşıb.

Nəticədə qoşquda olan taxta materiallar yola dağılıb. Qəza səbəbindən dairədə və ora yaxın yollarda güclü tıxac yaranıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar