Türkiyə millisinin futbolçusu "Yuventus"a keçib

Türkiyə millisinin futbolçusu Merih Demiral karyerasını İtaliyanın "Yuventus" klubunda davam etdirəcək.

APA-nın məlumatına görə, Turin təmsilçisi 21 yaşlı müdafiəçi ilə razılıq əldə edib.

"Sassuolo"dan transfer edilən M. Demiralla 5 illik müqavilə imzalanıb. "Yuventus" türkiyəli üçün sabiq komandasına 18 milyon ödəyəcək.

Qeyd edək ki, müdafiəçi ötən mövsümün fasiləsində "Alanyaspor"dan "Sassuolo"ya keçmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar