İKİ HƏRBÇİMİZ HƏLAK OLDU - "Hərbi hissədə tank mərmisi partlayıb..."

İyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində bədbəxt hadisə baş verib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub.

Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olanların yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Hadisə nəticəsində gizir Məmmədov Nurlan Rəhim oğlu ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Şair Qabil-dən 2019-07-06 20:00:59

Şəhid sayılmayır Gün vuran əsgər, Şəhid sayılmayır Don vuran əsgər. Şəhid sayılmayır – Qoy hamı bilsin! Qoy gül balaların Anası ölsün! Məgər kef-damaqda Gün vurdu onu? Məgər qarlı dağda Don vurdu onu? Məgər turist idi, Nəydi bu uşaq, – İşi dağı-daşı Boş-boş dolanmaq?! Şəhidlik zirvəsi Qanlı döyüşdə – Əlbəttə! Vətən uğrundakı Şanlı döyüşdə – Əlbəttə! Bəs bərkə, bəs boşa Salan təlimlər Çevrilib olmalı Müdhiş zülümlər? Dözümün həddi var – İnsan-insandır; Həddinsə həddini Aşmaq yamandır. Əsgər döyüşlərə Qanadlanmalı, – Yoxsa gün altında Bişib yanmalı?.. Əsgəri Vətənə Verir əmanət Ata-analar. Vətən də əsgərə Versin zəmanət, Versin iqtidar. Hər zabit cənab Qoy versin cavab. Əsgərə deməyin: – Vəfat eylədi! – Onu gün vuranda, Don vuranda da – Öz şəhidliyini İsbat eylədi. Başına ildırım Şaxıyanda da, Üstünə quzğunlar Şığıyanda da. Şəhidlik qanunu Nədən ibarət? Torpağa, bayrağa, Xalqa sədaqət! Adı bir, şəkli min. Qəhrəmanlığın Daş-tərəzisimi, Arşınımı var? – Deyin! Axı deyin, – Qəhrəmanlığın?! Şəhid sayılmayır Hər ölən əsgər, Şəhidlik meyarı – Döyüş və səngər. Səngərə, döyüşə Gedən yolları Əsgər tabutları Bağlayır axı; Nakam ömürlərin Nakam baharı Vallah, ürəkləri Dağlayır axı. Əsgər çayda batır – Şəhid sayılmır. Qasırğada itir – Şəhid sayılmır. Əsgər özbaşına Batmayıb axı, Əsgər özbaşına İtməyib axı. Bəs döyüş təlimi Döyüş deyilmi? Düşmənin üstünə Yürüş deyilmi? Əsgər çimərlikdə Boğulmayıb ki... Hərami düzündə, Murov dağında Səngərsiz ölməkçin Doğulmayıb ki... Əndazə verilir Köçkün-qaçqına Bir əsgər təlimdə Düşür uçquna. – Şəhid oldu! – demir, – Öldü! – deyirik. – Tabutu hörmətlə Gəldi – deyirik. Gəldi öz evinə, Öz ünvanına. Ananın cırılır Siri-sifəti, Atanın qolları Düşür yanına. Ay ananız ölsün, Adsız igidlər! Dad-ləzzət görməyən Sütülcə əsgər. Hələ də titrəyir Daşkəsəndəki Əsgərlər gömülən Torpağın təki... Bəlkə lap hələ də Uşaqlar diri, – Şəhid sayılmayır Fəqət heç biri. Şəhid sayılmayır Hər ölən əsgər, – Vətən çağrışına Hər gələn əsgər.

Son yazılar