Vahid Əhmədov prokuror oğlundan danışdı - "Ona elə tərbiyə verməmişəm ki..." 

"Hesab edirəm ki, yeni təyinatlar ölkədə gedən ciddi islahatlarla əlaqədardır".

Bu fikri Musavat.com-a açıqlamasında deputat Vahid Əhmədov deyib. O, bildirib ki, istər kadr, istərsə də iqtisadi islahatlar kifayət qədər ciddi addımlardır:

"Hesab edirəm ki, bu islahatlar get-gedə dərinləşdiriləcək. Fikir versəniz görərsiz ki, artıq Azərbaycanda sosial islahatlara daha çox diqqət edilir. Bu, çox vacib bir haldır. Yəni son illərdə ölkə prezidentinin apardığı siyasətdə, sosial-siyasət ön plana keçib. Biz görürük ki, əhalinin həyat səviyyəsi yaxşılaşdırılır, maaşları artırılır. Bu proses artıq başlayıb və bir müddət də davam edəcək. Baş verənlər həm də onun bariz nümunəsidir ki, Azərbaycanda digər bir iqtisadi islahata start verilib. Yəni yeni bir iqtisadi islahat mexanizmi həyata keçirilir. Lakin bu, getdikcə dərinləşməlidir. Çünki islahatlar bir sahəni əhatə edə bilməz. Məsələn, məhkəmə-hüquq sistemində olan özbaşınalıqlar, oradakı rüşvət və korrupsiya hamıya məlumdur. Ona görə də bu sahədə də ciddi islahatlara ehtiyac var. Artıq bununla bağlı fərman da imzalanıb. Biz, məhkəmə-hüquq sistemindəki islahatlardan çox şeylər gözləyirik. Proses başlayıb və bunun davamlı olması üçün düşünürəm ki, iradə var".

V.Əhmədov oğlunun Qaradağ rayonuna prokuror təyin olunmasından da danışıb:

"Oğlum uzun müddətdir ki, prokurorluq sistemində işləyib. O, müstəntiqdən başlayıb, idarə rəisinin müavini pilləsinə qədər yüksəlib. Prokuror təyin olunandan sonra da, əvvəl də ona tövsiyəm olub ki, haqqın, ədalətin yanında olsun və Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında fəal işlər görsün. Həmçinin tövsiyyəm olub ki, insanların şikayətlərini normal qəbul eləyib, Azərbaycan xalqına qulluq etsin. Vətəndaşların da onun hansısa qanunsuz əməllərindən şikayət etməsi mümkün deyil. Elə bir şey ola bilməz. Çünki mən elə bir tərbiyə verməmişəm və mənim keçdiyim həyat yolu onun üçün örnək olmalıdır".

635x100

Şərhlər

Azər 2019-07-06 16:08:19

RÜŞVƏT ALMIR Kİ?

Müfəttiş 2019-07-06 16:08:19

Özünüz gözəl insansınız, yəqin oglunuz da sizin kimi olar.Amma məsələ ondadır ki, imam-peyğəmbər övladı olsa da, bu sistemə uyğum məmur olmasa isləyə bilməyəcək. Bizdə qanun belədir, təmiz işləməsən də olar amma rəhbərliyə sadiq ol...

Elqadir 2019-07-06 16:08:19

Sistem o qeder murrekeblewib ki, ruwvet almayan iwci artiq yuxarida oturan orqan rehberi ucun ozu bir probleme cevrilir. Yol polisi ruwvet almir, polis ruwvet almir, hekim ruwvet almir, mekteb direktorlari ayliq almir, deyin de kim ruwvet almir ki, bu da almasin???

Arif 2019-07-06 16:08:19

Gələcəyimizə gəncliyimizə bu cür Lenin sayağı yanaşmağın əlehinəyəm bu yalnız Leninizmə aid fikirlərdir atanın yerinə balası balasının yerinə atası günahlandırılırdı sizlərdən fərqli olaraq mən həmin gənci təbrik edirəm millətimizin dövlətimizin möhkəmlənilməsində insanların azad düşüncəsinə və onlara qarşı edilən haqsızlıqlara kömək əlini uzatsın.

Son yazılar