Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

“Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələrə ekspertlərin birgə baxışı yaxın zamanlarda həyata keçiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, hazırda Azərbaycan tərəfi ilə texniki sənədlərin mübadiləsi aparılır.

L.Darsalia bildirib ki, gürcü və azərbaycanlı ekspertlərin 2-3 həftədən sonra razılaşdırılmamış sahələr üzrə çöl işləri aparması nəzərdə tutulub: “Bizim azərbaycanlı həmkarlarımızla əlaqələrimiz var və sahələrin dəqiqləşdirilməsi prosesi aparılır. Növbəti görüşdə biz irəliləyişin əldə oluna biləcəyi 14 razılaşdırılmamış sahələrin hamısı üzrə müzakirələrin aparılmasını təklif edəcəyik”.

XİN başçısının müavini qeyd edib ki, ekspertlərin baxışının nəticəsi hazır olandan sonra tərəflər arasında təcili görüş keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar