“Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq” - Pyotr Tolstoy

“Bunu yaxşı anlamalısınız ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy “Rustavi 2” televiziya kanalına müsahibəsində bildirib.

O iddia edir ki, Rusiya Gürcüstan əraziələrini işğal etməyib: “Abxaziya və Cənubi Osetiya heç vaxt sizin əraziniz olmayacaq, Rusiya onların müstəqilliklərini dəstəkləyəcək. Tbilisidə Rusiya əleyhinə şüarlarla aksiya keçirənlərə deyin ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq. Bu, heç zaman baş verməyəcək”.

635x100

Şərhlər

yalçın 2019-07-06 17:09:04

o bu zaman eyni zamanda həm abxaziyanı, həm də osetiyanı təmsil edir? bəs ən yüksək məqamlarda belə deyirsizki guya bu ölkəciklər müstəqildir, dumanız da onları dövlət kimi tanıyıb axı?

Köhnə azərbaycanlı 2019-07-06 17:09:04

İngilisıərin bir gözəl misalı var: "Never Say Never" - Tərcüməsi "Heç vaxt, heç vaxt demə".

Cəmil 2019-07-06 17:09:04

Bu sözleri bir gün Rusiya Qarabağ üçün bize de deyecek.Ne qeder ki Rusiya öz qoşunlarını Qarabağa yerleşdirmeyib bu "danışıqlar" oyununu kenara qoyub torpaqları almaq lazımdı.Sonra gec olacaq.Rusiya Qarabağda da referendum keçirdib "xalqın arzusu ile" Qarabağı öz torpağı elan eleyecek

Son yazılar