Türkiyədə “Şahin” ləqəbli təhlükəli terrorçu yaxalanıb

Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkirdə xüsusi antiterror əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, daxil olmuş məxfi məlumat əsasında keçirilən əməliyyat nəticəsində PKK/KCK terror təşkilatlarının adından fəaliyyət göstərən “Şahin” ləqəbli terrorçu həbs olunub.

Beş ayrı cinayətin törədilməsində ittiham olunan həmin şəxs, həmçinin terror təşkilatına üzvlər cəlb etməkdə və narkotik vasitələrin ticarətində təqsirləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar