Türkiyə Ordusunun “Pəncə” əməliyyatı - 61 PKK terrorçusu zərərsizləşdirilib

“Pəncə” əməliyyatının başlamasından bu günə qədər 61 PKK terrorçusu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, əməliyyatın başladığı 27 may tarixindən ötən dövr ərzində 110 ədəd kustar üsulla hazırlanmış bomba, həmçinin terror təşkilatına aid 151 mağara və sığınacaq içərisindəki silah-sursat, o cümlədən ərzaqla birlikdə məhv edilib.

Bundan başqa 18 ədəd AK-47 avtomatı, 11958 AK-47 sursatı, 3 ədəd RPG-7, 24 əl bombası, 3362 kq partlayıcı və digər silah-sursat ələ keçirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar