TÜRKİYƏ "F-35"-İ SEÇƏCƏK, YOXSA "S-400"-Ü?  -  Ekspertlərin dəyərləndirməsi

Ekspertlər hesab edirlər ki, Turkiyə hətta Rusiyadan Su-57 təyyarələri almağa qərar versə belə, bu təyyarə Birləşmiş Ştatların F-35 təyyrələrinin adekvat əvəzləyicisi olmayacaq. Bu zaman yaranacaq vəziyyətdən yalnız İsrail faydalanacaq. Çünki o, Türkiyə üçün 5-ci nəsil qııcıların yeganə tammənalı satıcısı olacaq.

Ankaranın Rusiyadan S-400 Zenit-Raket Kompleksi (ZRK) almaq niyyətinə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və Türkiyə arasında mübahisə davam edir. Vaşiqton dəfələrlə hədə-qorxu gəlib ki, əgər Türkiyə nəhayət S-400 sisemini alarsa, o zaman ABŞ ona özünün 5-ci nəsil F-35 qırıcılarını satmayacaq. Ancaq məlum olduğu kimi, bu təqdirdə Ankara Rusiyadan analoji təyyarələrin alınması məsələsminə baxa bilər və ya müstəqil olaraq özü belə təyyarələrin istehsalına başlaya bilər.

Ekspertlərin ehtimalıa görə, hər iki variant nəzəri cəhətdən mümkün sayıla bilsə də, ABŞ texnikaasına tam şəkildə əvəzləyici olmayacaq.

Rusiya Elmlər Akademiyası Yaxın və Orta Şərq ölkələrinin öyrənilməsi (Türkiyə sektoru) Mərkəzinin elmi işçisi İlşat Sayetov hesab edir ki, «bu silahların alınmasına aid tarixçə artıq «çobanyastığı» ilə sonsuz falabaxmaya çevrilib: alacaq - almayacaq?»

O, bildirir ki, bu «çobanyastığı» Türkiyə - ABŞ və Türkiyə-Rusiya münasibətlərinə də aiddir.

«Ərdoğan həmişə Rusiya və ABŞ arasındakı fikir ayrılıqları ilə oynamağa cəhd edir. Amerikalılar Türkiyəyə silah satmaqdan imtina etdikləri zaman Türkiyə lideri onları bir qədər «şantaj» edir» - ekspert bildirir.

Sayetov qeyd edir ki, Ankaranın S-400 sövdəsi məntiqi sona çatmasa da, «məntiqi vergül»ə çatıb.  Ancaq ekspert hesab edir ki,  əgər Türkiyə nəhayət, bu kompleksləri alsa belə,  hələ fakt deyil ki, özü üçün alır. «Türkiyə onlardan istifadə edəcək və etməyəcək? - yenə də aydın deyil. Belə bir versiya mövcuddur ki, Türkiyə bu sistemləri bir müddət «donduracaq», sonra isə digər ölkələrə satacaq» - ekspert bildirir.

«Amerika təyyarələri ilə də oxşar tarixçə var. Yəni ki, bu, hərbi mövzu yox, siyasi mövzudur. Bütün bunlar ona görə edilir ki, «alver» və danışıqlar davam etsin» - Sayetov hesab edir.

Ekspert ehtimal edir ki, əgər «Türkiyə tamhəcmli müharibəyə qoşulmaq istəmirsə, o zaman F-35 təyyarələri ona böyük hesabla, qorxutmaq üçün lazımdır».

Türkiyənin özünün müstəqil halda 5-ci nəsil təyyarələr istehsal edə bilməsi məsələsminə gəlincə, ekspertin iddasına görə, Türkiyənin əlində hələlik belə ciddi texnologiyalar yoxdur.

Sayetov iddia edib  ki, bir müddət əvvəl Türkiyə istehsal etdiyi tanklar da İsrail tanklarının oxşarıdır..

Müstəqil hərbi şərhçi Pavel Felgenhauer əmindir ki, əgər Türkiyə Rusiyadan Su-57  təyyarələri almaq qərarına gəlsə də, bu əyyarələr F-35 qırıcılarının adekvat əvəzləyicisi olmayacaq. O, xatırladıb ki, bu təyyarələrin istehsalı üzrə elmi-tədqiqat və təcrübə-konstruktor işlərini görmək üçün Hindistan Rusiya tərəfinə pul ödəyibmiş. Ancaq təyyarə hazır olandan sonra, alıcı layihədən çıxıb. Çünki induslar hesablayıblar ki, təyyarə nəzərdə tutulmuş parametrlərə uyğun deyil.

«Su-57 təyyarələrinin əsas problemi «görünməzlik»lə bağlıdır - fəal fazalaşdırılmış anten şəbəkəsi (FFAŞ) ilə təcşiz olunmuş radarı yoxdur. Təkcə passiv şəbəkəsi var ki, o da 1980-ci illərin «yeniliyi»dir. Bizdə FFAŞ-a malik radarları prinsipcə, düzəldə bilərlər, ancaq bunu da yalnız ABŞ komponetləri əsasında. Mühərriklə də problem var. Su-57-in mühərriki, mahiyyət etibarilə, Su-35-in mühərrikidir» - Felgenhauer danışıb.

Ekspert əlavə edib ki, bu mühəriiklərin problemi onladır ki, onlar «forsaj»sız səsdən sürətli uça bilmirlər. Amma ABŞ-ın F-22 və F-35 təyyarələri bu imkana malikdirlər - bu, da çox vacibdir. Nədən ki, «forsaj» zamanı mühərrikdən yanma «tüstü»sü çıxır və infrasqırmızı diapazonda təyyarənin görükənliyi yüksəlir.

F-35-lərin Su-57-dən başqa bir fərqi də var. Ekpert bildirir ki, ABŞ təyyarələrinin yaradılması zamanı hissələrin hazırlanmasında və yığılmasıda müasir emal sistemlərindən istifadə olunur. Bu da mütləq «hamar» səth (müstəvi) əldə etməyə imkan verir. Bizim təyyarələrdə isə, səht boyu deşiklər və «zazor»lar olur. Ona görə də Su-57-i tammənalı 5-ci nəsil təyyarə hesab etmək olmaz.

Türkiyənin müstəqil qəkildə 5-ci nəsil təyyarə istehsal etmək imkanlarına gəlincə, ekspert bunun ehtimalının az olduğunu bildirir. Baxmayaraq ki, Türkiyə öz zavodlarında ABŞ lisenziyası əsasında F-16 qırıcıları istehsal edir. O, hesab edir ki, prinsip etibarilə, türklər Rusiya lisenziyası əsasında da qırıcılar buraxa bilərlər, «amma onların keyfiyyəti Amerika keyfiyyəti olmayacaq».

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Veteran 2019-07-07 00:01:22

Burda ona-buna soz atan "agilli"lar! Bawiniz iwlediyi qeder elinizi iwledin!

Müfəttiş 2019-07-07 00:01:22

Urusbaşlıların fantaziyaları yenə aşıb-daşır....

Veteran 2019-07-07 00:01:22

P.S 2/1 yazmaq istedim

Veteran qardaşıma 2019-07-07 00:01:22

Sağ ol veteran qardaşım.Axırı ki,Bir həqiqət yazan və hər şeyi düzgün təhlil edən bir dardaşıma rast gəldim.

Veteran 2019-07-07 00:01:22

Teyyareci qardawin fikirleri ile tam raziyam. Bu muqaiseleri aparaken en agzindan qiymet ferqine de baxmaq lazimdir. Ruslar F-35 cekilen xercin 3/1 ni SU 57-ye xercleseydiler ortaya 10-cu nesil teyyare cixardardilar. Diger terefden ise F-35 lerin en zeif terefleri ortaya cixib. Elektron sistemin tam proqramlawdirilmasi teyyarenin iwlemesinde daim proqram yenilenmesini teleb edir. Yeni hec kim teminat vere bilmez ki, qefl doyuw hazirligi aninda muherriki iwe salarkan sistem "yenilenme" teleb etmeyecek! Военно-воздушные силы США рассчитывают на успешное решение проблем с программным обеспечением (ПО) истребителя пятого поколения F-35 Lightning II. Как пояснил портал Defense News, программное обеспечение – одна из "головных болей" Пентагона. В частности, технические специалисты вынуждены тратить несколько часов на обновление софта F-35, загрузку информации в электронные карты и другие системы. А весь цикл работ, связанных с обслуживанием ПО, занимает около недели.

Keçmiş hərbi tğyyarəçi 2019-07-07 00:01:22

Tamamilə səhv fikirdir.Rusların SU-57-si F-35-dən daha keyfiyəlidir.Buna yüz faiz əmin ola bilərsiniz.Hətta mən deyərdim ki,SU-27 də F-35-dən keyfiyyəlidir.

Son yazılar