Kaliforniyada təkrar güclü zəlzələ baş verib - 7,1 bal gücündə

Bir neçə gün ərzində Kaliforniyada 7,1 bal gücündə ikinci güclü zəlzələ baş verib. Los-Anceles yanğın departamentindən verilən xəbərə görə, hələlik zərəçəkmişlər barədə dəqiq məlumat yoxdur.

Bildirilir ki, zəlzələ yanğına səbəb olub, bəzi evlərin yeri dəyişib, özüllərdə çatlar əmələ gəlib, dayaq divardarın dağılması qeydə alınıb.

«Los Angeles Times» qəzetinin yazdığına görə, Rickrest şəhərində (Kern dairəsi) 2 min adam işıqsız qalıb.

Seysmoloji mərkəzin məlumatına görə, zəlzələ Los-Anceles şəhərinin 202 kilometrliyində baş verib, onun episentri isə 10 kilometr dərinlikdə yerləşib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar