Sumqayıtda keçmiş məhkumdan əl qumbarası götürüldü

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 2-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçiridkləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan alışqanı ilə birlikdə “F-1” qumbarası aşkar edilərək götürülüb.

Polis bölməsində aparılmış araşdırmalarla onun Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər oğurluq, narkotiklərlə əlaqəli və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş Ağakərim Məmmədov olduğu müəyyən edilib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar