Astarada ər arvadını 5 dəfə bıçaqlayıb

Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Kolatan kəndində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Quliyev Ramin Cəfər oğlu ailə-məişət zəminində həyat yoldaşı 1983-cü il təvəllüdlü Quliyeva Elazə Şirməmməd qızını döş qəfəsinə beş dəfə bıçaq zərbəsi endirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan E.Quliyeva reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar