İran uranın limitsiz zənginləşdirilməsinə başlayır - XİN bəyan etdi

Dərc olunub: 07/07/2019 - 22:16

2ab215bd754963458f7fa8a800c89fc9İran xarici işlər nazirinin müavini Abbas Əraqçı bəyan edib ki, ölkəsi daha uranın zənginləşdirilməsi üzrə nüvə obyektlərində məlum müqavilə ilə nəzərdə tuiulmuş məhdudiyyətə əməl etməyəcək.
Beləliklə, Tehran Avropaya Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ilə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyi üçün cavab vermək niyyətindədir.

Əraqçının sözlərinə görə, Avropa İttifaqı (Aİ) ölkələri rəsmi bildiriş alacaqlar ki, ikinci mərhələdə İranın öhdəliklərinin ixtisar olunmasına iyulun 7-də başlanacaq.

İndi İran uranın zənginlşdirilməsinə 3,67 faizdən yuxarı həddə başlayacaq. Bu limit BHFP ilə nəzərdə tuiulmuşdu. Öhdəliklərin gələcək ixtisarı isə hər 60 gündən bir baş verəcək.

Nazir müavini həm də İranın nüvə sazişindən tam çıxacağını da istisna etməyib, baxmayaraq ki, «diplomatiya üçün qapılar əvvəlki kimi açıqdır».

«Öhdəliklərimizin ixtisarı BHFP-nın saxlanması ilə paralel həyata keçirilir, onun məhvi ilə yox. Bu tendensiya isə bizim BHFP-dan çıxmağımıza gətirib çıxara bilər» – Əraqçı bəyan edib.

AzPolitika.info






loading...


Fikrinizi bildirin