Tramp Avropanı və Çini valyuta müharibəsi ilə hədələyib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp Avropanı və Çini öz valyutaları ilə manipulyasiya etməkdə günahlandırıb və «tarif müharibəsini valyuta müharibəsinə çevirməklə hədələyib».

Trampın öz «Tvitter» mikrobloqunda yazdığına görə, Çin və Avropa «böyük oyun oynayır» və «ABŞ-la rəqabət aparmaq üçün pulu sistemə yönəldir». Trampın fikrincə, ABŞ da eynisini etməlidir.

«Finanz.ru» yazır ki, Tramp dolları zəiflətmək üçün birbaşa valyuta təcavüzü törədə bilər. Belə bir fikiri «Bank of America Merrill Lynch» bankının analitikləri irəli sürürlər.

Amerika qanunveriilimyinə görə, dolların məzənnəsi üçün xəzinədarlıq məsuliyyət daşıyır. O da Nyu-Yorkun Federal ehtiyat bankına milli valyutanın dəyərini tənzimləmək üçün dolları açıq bazarda satmaq tapşırığı verə bilər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar