Salyanda iki minik avtomobili toqquşub, 3 nəfər xəsarət alıb

Salyanda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Prado” markalı avtomobillə digər minik maşını toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan 3 nəfər Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar