AŞPA həmməruzəçisi müxalifət liderləri ilə görüşüb

Dərc olunub: 07/07/2019 - 23:14

569e7db95562f2cdda853475d7d0ab35Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Bakıya səfəri çərçivəsində müxalifət liderləri ilə görüşüb.

Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə Müsavat başqanı Arif Hacılı, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, REAL Partiyasının təmsilçisi Azər Qasımlı, Liberal Partiyasının təmsilçisi Əvəz Temirxan iştirak edib.

Görüşdə Azərbaycanda siyasi partiyaların durumu, siyasi məhbuslar və digər məsələlər müzakirə olunub.

Stefan Şennak Azərbaycana səfəri zamanı ölkə rəhbərləri, Milli Məclisin deputatları, QHT təmsilçiləri, media rəhbərləri ilə görüşüb, Turan Agentliyinə baş çəkib.

Həmməruzəçinin səfəri iyulun 4-də başlayıb./Amerikanınsəsi/






loading...


Fikrinizi bildirin