SABİQ MƏMURUN TÜRKİYƏDƏKİ VAR- DÖVLƏTİNİN SİYAHISI YAYILDI - FOTOLAR

Uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışmış, elə həmin fonddan məcburi köçkünlər üçün ayrılmış yüz milyonlarla manat vəsaiti dağıtmış, onların hesabına Türkiyədə özünə böyük biznes qurmuş sabiq deputat Ayaz Orucovun İstanbuldakı daşınmaz əmlaklarının siyahısı yayılıb.

"AzPolitika.info" xəbər verie ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli Ayaz Orucovun Türkiyənin ən böyük şəhərindəki obyektləri açıqlayıb. Onun sözlərinə görə, sabiq məmurun İstanbulda evləri, ofisləri, ticarət mərkəzləri, fabfik binası və s. var:

"Hamısında məcburi köçkünlərə ahı var. Təsəvvür edirsinizmi, Neft Fondu sözügedən quruma 2012-2014-cü illər ərzində 900 milyon manat, bir də əlavə olaraq Dünya Bankı 25.5 milyon dollar ayırmışdı.

2015-ci ildə Hesablama Palatası müəyyən etmişdi ki, ayrılan vəsaitlərin 170 milyon manatı yeyilib. Və bu boyda korrupsiya cinayətinə görə cəmi 1 nəfər işdən çıxarılmışdı, 3 nəfərə də töhmət verilmişdi. Bu da sizə korrupsiyaya qarşı effektiv mübarizə faktı…

Artıq 2 ildən bəridir ki, İstanbulda sabiq deputatın oğlu İsmayıl Orucovun və şəriki Cem Aktaşın təsisçiliyi ilə fəaliyyət göstərən Algima İnşaat Gayrimenkul Sanayi Ticaret Anonim Şirkəti mənzillərin, ofislərin, villaların, torpaq sahələrinin alışı-satışı ilə məşğuldur. Bu həmin İsmayıl Orucovdur ki, 2013-cü ilin, noyabrın 13-dən 14-nə keçən gecə deputat Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, "Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından qadın sürücünün idarə etdiyi "Nissan Juke” markalı maşına 8 dəfə atəş açmışdı və bu cinayəti cəzasiz qalmışdı.

Keçmiş fond rəhbərinə aid aşağıda təqdim etdiyim siyahı hələ hamısı deyil. Bunlar hazırda satışa qoyulanlardır. Daha 12 mənzil və ofis üçün kirayənişin axtarılır. Bir də satışda olmayanları və artıq kirayədə olanları var.

1.İstanbul, Avcılar, Tahtalıkale məhəlləsindəki Bizim evler-5 elit yaşayış kompleksində 18-ci mərtəbədə 5 otaqlı, 220 kvadrat metrlik mənzil – qiyməti 1,34 milyon TL.

2.İstanbul, Avcılar, Tahtalıkale məhəlləsində 300 kv. metrlik alış-veriş mərkəzi – qiyməti 5.7 milyon TL.

3.İstanbul Şişli, Məcidköy məhəlləsi, Büyükdere caddəsində 140 kv.m.-lik ofis – qiyməti 790 min TL.

4.İstanbul Məcidköydə 220 kv. m.-lik dublex mənzil – qiyməti 815 min TL.

5.İstanbul Məcidköydə Büyükdere caddəsində 70 kv. m.-lik ofis – qiyməti 600 min TL.

6.İstanbul, Şişli, Ortaklar caddəsində 130 kv.m. sahəsi olan ofis – qiyməti 1,25 milyon TL.

7.İstanbul, Məcidköydə dördmərtəbəli binanın 4-cü mərtəbəsində 200 kv.m.-lik mənzil – qiyməti 830 min TL.

8. İstanbul Çerkezköy OSB-də 1161 kv.m. sahəsi olan fabrik binası – qiyməti 4.5 milyon TL.

9. İstanbul, Balıkesir Karaağac Gömeç sahilində 130 kv.m. yaşayış sahəsi olan ev – 550 min TL.

10. İstanbul Şişli Gülbahar məhəlləsində 90 kv.m.-lik mənzil – 315 min TL

635x100

Şərhlər

Deputat Ayaz Orucovun oğlu İSMAYIL ORUCOV 2 qadın 2019-07-08 09:59:38

Xahiş edirəm dərc edin: 1.MƏNBƏ: http://www.mia.az/w102733/Deputat%C4%B1m%C4%B1z%C4%B1n_o%C4%9Flu_2_qad%C4%B1na_8_g%C3%BCll%C9%99_atd%C4%B1_-_(Video)/ 2.YOUTOBE-VİDEO FAKT: https://www.youtube.com/watch?time_continue=103&v=WDbMmMPgvXM Deputat oğlunun güllələdiyi qızın atası danışdı 3.FAKT: Deputatımızın oğlu 2 qadına 8 güllə atdı - Video 06-03-2014 [09:52] Bir neçə gün əvvəl deputat Ayaz Orucovun oğlu İSMAYIL ORUCOV Bakıda bir maşını gülləyə tutması haqda xəbər yayıldı. A.Cəfərova bildirdi ki, hadisədən təxminən 15 gün sonra deputatın adından onlarla Miryaqub adlı şəxs danışığa gəlib: "Görüş Ramilənin evində oldu. Ramilə pul alıb onlarla razılaşdı. Mən ora yoldaşımla getmişdim. Miryaqub bizi hədələdi ki, bilirsiz heç o adam kimdir, kimin oğludur?! Mən də dedim ki, o kimin oğludur, kimdir heç fərq eləmir. Biz cənab prezidentə arxayınıq. Kim olursa-olsun, qudurğanlıq edirsə, qanunsuzluq edirsə, dərhal cəzalandırılmalıdır. Nəyə görə deputatın oğlu küçənin ortasında tanımadığı, bilmədiyi bir vətəndaşa güllə atmalıdır? Bunu araşdırmaqdansa üstəlik mənə hədə-qorxu gəlirlər!!! Yəni ölkədə bu qədər özbaşınalıqdır? Mənə maraqlı deyil o kimin oğludur. Bu adamın cəzalandırılmasını tələb edirəm. Bu ölkədə hər məsələyə prezident qarışmalıdır ki, qudurğanlığın qarşısı alınsın?” A.Cəfərovanın atası Novruz Cəfərov deyir ki, deputat belə bir hadisənin baş verməsini inkar etsə də, faktiki olay baş verib: "Ayaz Orucov düz demir. Faktiki olaraq belə bir hadisə olub. O deyir ki, oğlum cinayət edibsə, qoy onu həbs etsinlər. Mən də deyirəm ki, onun oğlu cinayət edib. Onun oğlu İsmayıl 4 ay əvvəl, 2 qadının olduğu maşına tapançadan 8 dəfə atəş açanda həbs edilməliydi. Biz ”102 xidməti"nə, Baş Prokurorluğa müraciət etmişik. Amma İsmayıl Orucova "gözün üstə qaşın var” deyən yoxdur. Deputat oğluna qudurğanlıq etməyə kim icazə verib? Prezident çıxış edir, deyir ki, qudurğanlıq edən məmur övladları həbs olunmalı, valideynləri barədə də ölçü götürülməlidir. Dörd aydır ki, biz mətbuata açıqlama verməyərək gözləyirdik ki, bir ölçü götürülər. Mən bir ata kimi prezident İlham Əliyevə müraciət edirəm. Mənim qızıma atəş açıblar. Bu hadisə meşədə, dağda baş verməyib. Bakının ortasında olub. Deputatın oğlu bir maşını gülləbaran edib. Bu adam cəmiyyət üçün təhlükəlidir. Sabah o, başqalarının da qızına, gəlininə güllə atacaq. Bizim tək istəyimiz və tələbimiz bu adamın barəsində lazımi tədbirin görülməsidir. Bizim Ayaz Orucov və onun ətrafı ilə heç bir ədavətimiz yoxdur. Bu hadisə baş verməsəydi, biz heç onu tanımayacaqdıq da". N.Cəfərovdan bu hadisənin baş verməsinin səbəbini soruşduq. Cavabı belə oldu: "Sadəcə, qudurğanlıqdan, harınlıqdan, özbaşınalıqdan baş verib bu hadisə. Bizim ailəmizdə hər kəs başını aşağı salıb öz işi ilə məşğul olur. Bu adamlar o qədər qudurub ki, kimə istəyirlər atəş açırlar”. N.Cəfərov prezidentdən kömək istədiklərini dedi və məsələnin araşdırılmasını öz nəzarətinə götürməsini xahiş etdi. Onu da qeyd edək ki, gunxeber.com saytı bu hadisədən bir neçə gün sonra A.Orucovun oğlunu ölkədən çıxarması haqda məlumat yayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. E.MƏMMƏDƏLİYEV

BAŞ PROKURORA VƏ Daxili İşlər Nazirinə 29 iyun 201 2019-07-08 09:59:38

XAHİŞ EDİRƏM DƏRC EDİN - Məmmədov SALEH İMAMVERDİ OĞLU TƏRƏFİNDƏN: 86 saylı orta məktəbə 2016-cı ilin sentyabr ayından məktəb direktoru təyin olunmuş Arzu Allahşükür qızı Azadəliyeva və onun ailə üzvləri tərəfindən 86 saylı orta məktəb hələ ki, TAM ÖZƏLLƏŞDİRİLMƏDİYİNƏ GÖRƏ direktor Azadəliyevanın həyat yoldaşının ORTA MƏKTƏBİ ONUN AİLƏSİNİN ŞƏXSİ ÖZƏL TƏSƏRRÜFATI HESAB EDƏRƏK 86 saylı orta məktəbin nümayəndəsi kimi Xətai Rayonu məhkəməsində İŞTİRAKI ƏVVƏLA ÇOX ÜZÜCÜ VƏ QEYRİ-QANUNİDİR. 86 saylı orta məktəbin nümayəndəsi kimi 28 aprel 2017 il tarixli məhkəmə iclasında iştirak etmiş AZADƏLİYEV ELXAN CƏBRAYIL OĞLU, MƏHKƏMƏ QUTARANDAN SONRA qohum olduğu Azərbaycanda mövcud olan dövlət hakimiyyət orqanlarına yerləşdirilmiş qruplaşmanın qeyri-leqal mafioz gücünə və aid olduğu ailənin maddi və digər imkanlarına arxalanaraq, AZADƏLİYEV ELXAN CƏBRAYIL OĞLU ONUN SİFARİŞİ ƏSASSINDA ŞÜURLU SURƏTDƏ BU CÜR ÖZBAŞINALIQLARA YOL VERİLMƏSİNİ MƏNƏ BİLDİRİRƏRƏK, bundan sonra özümü bu qruplaşmanin zülmündən müdafiə etmək üçün ŞİKAYƏTİMİ DAVAM ETDİRƏCƏYİM HALDA, AZADƏLİYEV ELXAN CƏBRAYIL OĞLU HƏTTA MƏNƏ .... HƏDƏ QORXU GƏLMİŞDİR və AZADƏLİYEV ELXAN CƏBRAYIL OĞLU mənə bildirmişdir ki, Arzu Azadəliyeva mənim həyat yoldaşımdır, SƏNİN işdən çıxarılmağını mən təşkil etmişəm, düz edirəm və arxasında da axıra kimi mən duracam, SƏN KİMSƏN VƏ KİMİN VAR Kİ, ÖZÜNÜ MÜDAFİƏ EDƏ BİLƏSƏN. Oliqarxik monopolistlər və məmur oliqarxiyası qeyri-leqal yolla qazandıqları pullar vasitəsiylə Azərbaycanın dövlət orqanlarının bəzi rəhbərlərini və əməkdaşlarını müxtəlif formada gözükölgəli edib neytrallaşdıraraq, “YAXŞI OĞLANLARIN ” TƏMSIL OLUNDUĞU "DÖVLƏT İÇİNDƏ DÖVLƏT" QURMAĞA NAİL OLMUŞLAR VƏ AR KONSTİTUSİYASINA-QANULARINA, AR PREZIDENTININ TAPŞIRIQ-TÖVSIYYƏLƏRINƏ DEYIL, TÜRMƏ- “OĞRU DÜNYASININ” QANUNLARIYNAN İDARƏ OLUNAN "GİZLİ HÖKÜMƏT"LƏRİNİN "ÖZ ALƏMLƏRİNƏ” XİDMƏT EDİRLƏR və bunun nəticəsidir ki, həmin qruplaşmaların özləri-ailələri-dairələri Azərbaycan qanunlarının təsiri dairəsindən kənardadırlar və cəzasızlıq mühiti ona gətirib çıxarmışdir ki, istənilən özbaşınalığa yol verirlər, O CÜMLƏDƏN dövlət idarəçiliyində qohumbazlıq-yerlibazlıq-tanışbazlıq prinsiplərini rəhbər tutub, KSENOFOBİYA KONTEKSTİNDƏ QUDAİZM kimi ideologiya altında birləşib mənəvi-psixoloji iqlim şəraitlərini yaradaraq dövlət idarəçiliyinə bərpaolunmaz zərbə vurmaqla ifliç vəziyyətinə gətirə bilən, NƏTİCƏDƏ AZƏRBAYCANDA HÜQUQİ DÖVLƏT VƏ ƏDALƏTLİ VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FORMALAŞMASINA İMKAN VERMƏYƏN, vətəndaşın-PREZİDENTƏ, əsgərin-ALİ BAŞ KOMANDANA və dövlətə olan inam-güvənini-sevgisini sarsıdan, dağıdıcı virus xarakterli qeyri-aktiv ictimai-siyasi fəaliyyətlə məşğuldurlar! “YAXŞI OĞLANLARIN ” VƏ DİGƏR MƏNƏ TAM MƏLUM OLMAYAN QRUPLAŞMALARIN TƏMSIL OLUNDUĞU "DÖVLƏT İÇİNDƏ DÖVLƏT" QURMAĞA NAİL OLARAQ TÜRMƏ QANUNLARIYNAN İDARƏ OLUNAN "GİZLİ HÖKÜMƏT"LƏRİNİN QANUNLARIYLA "ÖZ ALƏMLƏRİNƏ” XİDMƏT EDƏNLƏR VƏ ONLARIN HİMAYƏ ETDİKLƏRİ VƏZİFƏLİ ŞƏXSLƏR dövlət qurumlarında və ya özəl sektorda öz tutduqları mövqelərdən sui-istifadə edərək ABROGEN VƏTƏNPƏRVƏR-ZIYALI VƏ DÖVLƏTINƏ-RƏHBƏRINƏ SADIQ AZƏRBAYCANLILARI MÜXTƏLIF VASITƏLƏRLƏ, LƏKƏLƏMƏKLƏ-TƏQIB-TƏHDID ETMƏKLƏ SIRADAN ÇIXARDARAQ, ABROGEN AZƏRBAYCANLILARIN DÖVLƏTINƏ-VƏTƏNINƏ, RƏHBƏRINƏ OLAN INAM, GÜVƏN VƏ SEVGISINI SARSITMAQ MƏQSƏDIYLƏ AZƏRBAYCAN XALQINA MÜXTƏLIF FORMADA ZÜLM EDƏRƏK, bu qruplaşmaların xaricdən dəstəklənən qlobal agentura şəbəkəsi qarşısında, xarici kəşfiyyat orqanlarndan aldıqları qrantların müqabilində qarşılarına qoyulan tapşırıqları bu cür və məlum olmayan digər formda təxribat-pozucu fəaliyyət göstərək həyata keçirirlər!

BAŞ PROKURORA VƏ Daxili İşlər Nazirinə 29 iyun 201 2019-07-08 09:59:38

XAHİŞ EDİRƏM DƏRC EDİN: Bakı şəhəri Xətai rayonun adına 86 saylı orta məktəbinin texniki əmək müəllimi, Təsərrüfat işləri üzrə Direktor Müavini, 34 saylı Xətai ikinci seçki dairəsinin 25 saylı MSK sədri, "YENİ AZƏRBAYCAN" PARTİYASININ ÜZVÜ Məmmədov Saleh İmamverdi oğlu TƏRƏFİNDƏN: Rəsmi nighda olduğum həyat yoldaşım 86 saylı orta məktəbin ingilis dili müəlliməsi Məmmədova İlahə Tofiq qızının 22 NOYABR 2014-CÜ İL TARİXDƏ ağır yol qızasına salınaraq öldürülmüşdür və uzun müddət nə DAXİLİ İŞLƏR NAZİRLİYİ nə BAŞ PROKURORLUQ nə Nizami rayon Prokurorluğu və nə də Nizami rayon POLİS İDARƏSİ BU GÜNƏ KİMİ HEÇ BİR ƏMƏLİ-PRAKTİKİ TƏDBİR GÖRMƏMİŞDİR!!! Dəfndən bir müddət sonra bu cür özbaşınalıq və harınlıqdan irəli gələn AĞIR CİNAYƏT HADİSƏSİNİN araşdırılması və əsl cinayətkarın müəyyən edilməsi üçün şikayət edəndən sonra məlum olmuşdur ki, bu AĞIR CİNAYƏT HADİSƏSİNİ TÖRƏDƏRƏK hadisə yerindən qaçıb gizlənən DÖVLƏT QAÇQIN KOMİTƏSİNİN SOSİAL İNKİŞAF FONDUNUN DİREKTORU OLMUŞ deputat Ayaz Orucovun bacısı oğlu Orxan Hümbətzadədir, atası ƏHMƏD Hümbətov isə əldə etdiyim məlumata görə SABİQ MTN YA ƏMƏKDAŞI, YA REZİDENTİ VƏ YA AGENTİDİR!!! ...və şikayətimdən sonra da Nizami rayon Polis idarəsində araşdırma zamanı FAKT ÖZ TƏSDİQİNİ TAPMIŞDIR VƏ FAKT ÜZRƏ DƏ NİZAMİ RAYON PROKURORLUĞUNUN NƏZARƏTİ ALTINDA Nizami rayon POLİS İDARƏSİNDƏ CİNAYƏT İŞİ BAŞLANILMIŞ İDİ!!! Lakin özümə və ailə üzvlərimə yönəlmiş “DÖVLƏT İÇİNDƏ DÖVLƏT”quran mafioz qruplaşmaların həyata keçirdiyi mənəvi və fiziki terrorun törədilməsiylə bağlı ÖZÜMƏ VƏ AİLƏ ÜZVLƏRİMƏ YÖNƏLMİŞ təhdidlərdən və şəxsən deputat Ayaz Orucovun bacısı oğlu Orxan Hümbətzadənin atası ƏHMƏD Hümbətov ailə üzvlərimin tutdurmaq-həbs etdirməklə və ya öldürməklə bağlı hədə-qorxu gəlməsindən EHTİYATLANARAQ SABİQ MTN-ŞİKLƏRİN “PAMBIQLA BAŞ KƏSDİYİ” AĞIR SOSİAL-İCTİMAİ MÜHİT MƏNİM ŞİKAYƏTİMİN DAVAM ETDİRMƏMƏYƏ MƏCBUR ETMİŞDİR!!! Ali məhkəmənin kassasiya və Apellyasiya məhkməsi qarşısında AĞIR CİNAYƏT HADİSƏSİNİN TÖRƏDİLMƏSİNİN ARAŞDIRILMASI ÜÇÜN XÜSUSİN QƏRARDAD ÇIXARILARAQ PROKURORLUQ VƏ POLİS ORQANLARINA GÖNDƏRİLMƏSİ HAQQINDA VƏSADƏT QALDIRMAĞIMA BAXMAYRAQ, VƏSADƏT TƏMİN EDİLMƏMİŞDİR. Belə ki, RƏSMİ NİGAHDA OLDUĞUM HƏYAT YOLDAŞIM 86 saylı orta məktəbin ingilis dili müəlliməsi Məmmədova İlahə Tofiq qızının 22 NOYABR 2014-CÜ İL TARİXDƏ DÖVLƏT QAÇQIN KOMİTƏSİNİN SOSİAL İNKİŞAF FONDUNUN DİREKTORU OLMUŞ Ayaz Orucovun bacısloğlu, MTN əməkdaşı Əhməd Hümbətovun oğlu BDU hüquq fakultəsində oxuyan Orxan Hümbətzdə tərəfindən ağır yol qızasına salınaraq öldürülməmişdən əvvəl də, BU QRUPLAŞMA-FAKTİKİ OLARAQ DÖVLƏT QAÇQIN KOMİTƏSİNİN SOSİAL İNKİŞAF FONDUNUN DİREKTORU OLMUŞ Ayaz Orucovun ÖZ DOĞMA oğlu 2014-CÜ İLİN MART AYINDA Azadlıq prospektində az 10 BB 111 NÖMRƏLİ ağ rəngli “mersedes -GALENDEVAGENLƏ” ağ rəngli “nissan-JUKE” markalı az 90 NX 685 dövlət nömrə nişanlı avtomobildə olan 2(iki) qadını təqibə və təhdidə məruz qoyaraq həmin şəxslərə iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova qarşı terror əməlinə yol verərək avtoməbillərinə 8(səkkiz) dəfə atəş açaraq CİDDİ ZİYAN VURMUŞDUR və ALDIĞIM MƏLUMATA GÖRƏ HEÇ BİR MƏSULİYYƏTƏ CƏLB EDİLMƏMİŞDİR. ... VƏ RƏSMİ NİGAHDA OLDUĞUM HƏYAT YOLDAŞIM 86 saylı orta məktəbin ingilis dili müəlliməsi Məmmədova İlahə Tofiq qızının 22 NOYABR 2014-CÜ İL TARİXDƏ ağır yol qızasına salınaraq öldürülməsiylə bağlı DÖVLƏT ORQANLARINA ŞİKAYƏTİMDƏN SONRA ÖZÜMƏ VƏ ƏDALƏTİN BƏRPA OLUNMASI ÜÇÜN MƏNƏ DƏSTƏK OLANLARA QARŞI TƏHDİDLƏR, TƏZYİQLƏR VƏ TƏQİBLƏR BU GÜNƏ KİMİ artıq 5(beş) ildir ki, DAVAM ETMƏKDƏDİR!!! SİZDƏN ARTIQ DƏRƏCƏDƏ XAHİŞ EDİRƏM Kİ, ÖZÜMƏ VƏ AİLƏ ÜZVLƏRİMƏ QARŞI mafioz qruplaşmaların həyata keçirdiyi mənəvi və fiziki terrorun dayandırılması, o cümlədən ƏDALƏTİN BƏRPA EDİLMƏSİ ÜÇÜN TƏDBİR GÖRƏSİNİZ.

dadaşyev 2019-07-08 09:59:38

Yetim malı yeyən qoca məmurun buxağı sallaq olar,çənəsinin hər iki tərəfindən də artıq ət sallanar.Yetim malı yeyən cavan məmurun isə başı ilə çiyni arasında boyun olmadığı üçün dönəndə qaban kimi bütün bədəniylə dönər,alt dodağı isə apelsin dilimi kimi köppəş olar,müftə quyruq kababını yeyəndə alt dodağını uzadaraq tikəni almağa vərdiş etdiyindən.Bataqlıqlarda qurbağa udan iri Ağvağ quşları olur,qurbağanı uzun dimdikləriylə tutub havaya atıb sallaq alt dimdiklərini uzadaraq hop deyə tutarlar.Bax onnan.

Namaz 2019-07-08 09:59:38

Hökmət niyə müsadirə etmir, bu quldurun oğurladıqlarını. Bir yetimin biri acından öləndə 5-3 manat oğurlasa tutub 5-10 il verərlər. Belədir ki rüşvətin korrupsiyanın talanın qarşısı alınmır. Yəqin ki belə sərf edir. Bir yerdə yeyib bir yerdə...........................

semed 2019-07-08 09:59:38

əhsən belələri əlbbəttə inkişafdan danışacaq.

haqq 2019-07-08 09:59:38

ALLAH XALQIN MALIN TALIYANLARA LENET ELESIN A M I N

dadaşyev 2019-07-08 09:59:38

A balam,mən dəfələrlə demişəm ki,Qaçqınkomun işi amansızlıqla yoxlanmalıdır.Heç bir güzəşt filan olmadan yoxlanmalıdır.Orada dəvəni karvanıyla yeyirlər. Bəzi qaçqına o komitə ə nazı 10-15 levı kart verib illərlə.Bəi qaçqın hər ay bankomatdan sosial yardım adıyla ənaz 2500-3000 manata qədər pul çıxarır.Belələrinə müftə ev veriləndə onu kirayə verib yenə əyri-üyrü evlərdə yaşamaqda davam edirlər ki,desinlər yaman acınacaqlıdır halları,bunlara yardım lazımdır.ƏJDƏR,belə qaçqınların yox,qaçmayanların ahı tutacaq bunları.

Vetendaşa 2019-07-08 09:59:38

Qaçqınkomun sədri Əli Həsənov olub.Nazim İbrahimov diaspora sədri idi.Necə deyərlər balinanın yanında çömçəquyruq.

Vətəndaş 2019-07-08 09:59:38

Gör bir bunun bu qədər oğurladığı olubsa,Komitə sədri Nazim İbrahimovun nə qədər mənimsəmələri olub.Ölkə dağıt-ha-dağıt,daşı-ha-daşıdır.Nəzarət YAP-çılardan uzaq olduğundan və ya onların özləri olduğundan belə hallr baş verir.YAP -çılarınn vəzifəliləri AZərbaycanı talan etdi.Bunun sonu olacaqmı?

xalqin sesi 2019-07-08 09:59:38

Kasib bir corey ogurlayanda 6,7 il sroka gonderiller.Memur 170milyon xalqin pulun qoyur cibine ,bilir ki uzaq bawi iwten cixcaq.

elchin 2019-07-08 09:59:38

men ayaz muellimi yaxindan taniyan biri kimi deye bilerem ki bu ona qarsi bir bohtan kampaniyasidir. 2013-cu ilin prezident seckilerinde beyleqanda YAP-in namizedi cenab Ilham eliyevin vekili idi ve rayonda cox yuksek seviyyede tebliqat kampaniyasi aparirdi. Hetta IH bascisi bu islerde ozunu kenera cekende o butun gucunu bu ise serf edrdi. Deputat olanda da beyleqanlilar onu destekledi- cunki o beyleqanlilar ucun cox is gormusdu. Men bunlari hemin seckilerde istirak eden bir jurnalist kimi musahide etmisdim

teymur 2019-07-08 09:59:38

Hə qaçqlnlar gedin bax bundan tələb edin evinizi

EJDER 2019-07-08 09:59:38

AYE,BU QAJQINLARIN AHU TUTAJAQ SIZI ,AYE.SAQ YEMIYESINIZ,NATEMIZ KOPEK UWAQI.GELIR VERGISI TETBIQ OLUNMALIDI KI,CAMAAT NATEMIZLERIN INKIWAFININ SEBEBINI BILSIN.ONSUZDA KIM KIM,HANSI OBYEKLER KIMINDI HAMI BILIR.KIMLERE QALDI,DUNYA...ALI MALIM TUREMWIK NAIL BALA NAJADI.QAJGINLARIN AHI YAMAN TUTDU HA SIZI,BAW NAZIRIN MUAVINI OLDUNUZ...HA HA HA

Bashirov Qarib 2019-07-08 09:59:38

Hökumət bu dagıntıya şərik olmasaydı bu korrupsioneri çoxdan qandallamışdı.

turan 2019-07-08 09:59:38

Deyirəm axı niyə 27 ildir ki,Yeni Yasamalda məktəbdə,yarımçıq tikilidəki məcburi köçkünlər niyə hələ də oradadırlar.

Millət 2019-07-08 09:59:38

Talançılar ölkəni əhalini varvarski çapıb talayıb daşıyıblar xarici ölkələrə. ...Buna bir son qoyumalıdır....Hər şeyin bir sonu var.

dadaşyev 2019-07-08 09:59:38

davamı;Hər ay Qaçqınkomun levı kartlarıyla müftə-müsəlləm neçə min manat yedikləri üzə çıxmasın deyə o qurumdan beləlrinə bərk-bərk tapşırırlar ki, kənar adamlarla o qədər də kontakta girməyin,yüz qram artıq içərsiniz,hər şeyi açıb tökərsiniz..yağ-bal içində yaşadığınız üzə çıxmasın.Belələri yalnız bir-birləriylə dostluq edir.....Millət 2 yerə bölünüb.....

Niyaz 2019-07-08 09:59:38

Görəsən bu talançı dələduzlarda pulu alıb dövlətə,xalqa qaytaraqlar?. Yoxsa qəbirsanlığa gedən ölü qayıtmır? Ancaq birdən ölü də xortayıb qayıdır. Bəs bizim pulumuz?

dadaşyev 2019-07-08 09:59:38

Əgər hərhansı bir məmurun yüz milyonlarla pulu varsa o ya büdcə pulunu dağıdıb,ya da qumarda udub.Üçüncü izahı yoxdur.Əgər büdcəni tar-mar etməyibsə demək qumarda udub,yox əgər qumarbaz deyilsə demək büdcəni dağıdıb.İkisindən biridir.Qumar da elə şeydir ki,adam udubsa udub,nə demək olar ki ona?Uduzan verməlidi.Vermək istəməyən oynamamlıdı.Büdcə pulunu dağıdıbsa o ayrı,həbsə atıb ödətdirilməlidi.Həbs edilmirlərsə onda üçüncü hansı səbəb var ki,bunların yaxasından tutammırlar?Bir deyillər,beş deyillər bunlar.

Xalig 2019-07-08 09:59:38

Baş acmali deyil,bu geder talan hansi olkede bas vere biler?Basga olkelerde bele hallara gore məmurları asirlar.B......

Son yazılar