"Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir" - Elmar Məmmədyarov

Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın “Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Xarici İşlər naziri qeyd edib: "Azərbaycan hələ də öz müstəqilliyini və suverenliyini gücləndirməli, ərazi bütövlüyünü təmin etməlidir".

E.Məmmədyarov Azərbaycanın xarici siyasət prioritetlərindən də danışıb. Bildirib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir.

Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Xarici İşlər naziri müasir müstəqil Azərbaycan dövlətinin yaranmasından və inkişafından, onun xarici siyasətindən danışıb.

635x100

Şərhlər

dadaşyev 2019-07-08 11:25:00

Necə yəni "hələ də gücləndirməlidir"?Bu,felin vacib formasıdır,"nə etməlidir?"Yəni gələcəkdə."Hələ də" isə bu günə qədər olan məsələlərə aiddir.Yəni "hələ də","bu gün də","indi də" nə edir və ya etməkdədir.Cümlə belə olmalıdr:"hələ də gücləndirməkdədir" və ya "hələ də gücləndirir".Əgər söhbət indiki haldan getmirsə,gələcək zamandan gedirsə o zaman felin vacib forması işlənməlidir.Yəni "sabah da,o biri gün də,bir il sonra da gücləndirməlidir".Və ya felin şərt forması yarayar:bir il sonra da gücləndirəsidir".

Son yazılar