"Azercell"in departament rəhbəri işdən ayrılıb

"Azercell Telecom" MMC-nin Strategiya və İnnovasiya Departamentinin rəhbəri İmran Bağırov vəzifəsindən ayrılıb."Report" xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

"Bu gündən etibarən 12 ildən çox işlədiyim "Azercell" şirkətindən, həm də "Barama" İnnovasiya Mərkəzinin rəhbəri vəzifəsindən öz istəyimlə ayrılıram. "Barama" İnnovasiya Agentliyinin idarəsinə keçir, lakin brend olaraq "Azercell"in adı ilə qalacaq. Ayrılmağımın səbəbi isə İnnovasiyanın inkişafı mövzusunda baxışlarımızın fərqli olması və həyatımın bu anında korporativ mühitdən uzaqlaşıb azad biznes, innovasiya aləminə tam şəkildə daxil olmaq arzumdur. Yenə də innovasiya və texnologiya istiqamətində gözəl ölkəm üçün çalışacağam", - İ.Bağırov qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar