ABŞ-da leysan yağışlar fəsadlar törədib

ABŞ-ın şimal-şərqində əlverişsiz hava şəraiti səbəbindən paytaxt Vaşinqtonda metro və dəmir yolu nəqliyyatı ciddi çətinliklərlə üzləşib.“Report” TASS-a istinadən xəbər verir ki, şəhərdən cənub istiqamətində işləyən bütün qatar reysləri leysan yağış və daşqınlar səbəbindən ləğv olunub. Metronun bəzi stansiyalarına yağış suyunun axmasını əks etdirən videolar sosial şəbəkələrdə yayılıb.

Paytaxtın bir çox mərkəzi küçələri ilə yanaşı, Ağ Evin də bir hissəsi leysan yağışlardan zərər görüb. Belə ki, ABŞ prezidentinin mətbuat xidmətinin əməkdaşları bunu əks etdirən fotoşəkilləri “Twitter”də paylaşıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar