ABŞ və “Taliban” qoşunların Əfqanıstandan çıxarılması vaxtını müzakirə ediblər

ABŞ nümayəndələri “Taliban” hərəkatı ilə danışıqlarda Amerika qoşunlarının 2,5 il ərzində Əfqanıstandan çıxarılması imkanlarını müzakirə edib.

“The Wall Street Journal” qəzeti xəbər verir ki, ABŞ əvvəlcə hərbi kontingentinın üç il ərzində ölkədən çıxarılması barədə razılıq əldə etməyə çalışıb. Lakin “Taliban” xarici qoşunların doqquz ay ərzində Əfqanıstanı tərk etməsində israr edib.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad iyulun 6-da özünün “Twitter” səhifəsində “Taliban” hərəkatı ilə danışıqların Qətərdə keçirilən sonuncu raundunun daha məhsuldar alındığını yazıb. O, həmçinin məsləhətləşmələrin iyulun 9-da bərpa olunacağını bildirib.

Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo isə Vaşinqtonun sentyabrın 1-dək Əfqanıstanda sülhün bərpa olunması üzrə “Taliban” hərəkatı ilə razılaşma əldə olunmasına ümid etdiyini deyib.

Amerika və müttəfiqləri 2001-ci ildən başlayaraq Əfqanıstanda “Taliban” hərəkatına və digər qruplaşmalara qarşı əməliyyatlar aparır. Bu, ABŞ Silahlı Qüvvələri tarixində ən uzun sürən hərbi kampaniya olub. 2018-ci ildə Donald Tramp administrasiyası Əfqanıstan münaqişəsinin nizamlanmasında region ölkələrinin aktiv iştirakını nəzərdə tutan Cənubi Asiyada yeni fəaliyyət strategiyasını təqdim edib.

Bundan başqa, Əfqanıstanda İŞİD və “Əl-Qaidə” kimi terror qruplaşmalarının fəaliyyət göstərməyəcəyi şərti ilə Amerika qoşunlarının ölkədən çıxarılması və ya kontingentin xeyli azaldılması imkanları da müzakirə edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar