Türkiyədə 50 milyon lirəlik narkotik ələ keçirildi

Türkiyənin təhlükəsizlik qüvvələri Muğla vilayətinin Milas rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat keçiriblər.

AzərTAc xəbər verir ki, əməliyyat nəticəsində 1,5 ton çəkidə “Skun” adlı narkotik vasitə ələ keçirilib. Narkotik vasitənin “qara bazar”da qiyməti 50 milyon lirədir (8,5 milyon ABŞ dolları).

Hadisə ilə əlaqədar altı nəfər şübhəli şəxs qismində saxlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsində istifadə olunduğu ehtimal edilən üç avtomobil istintaqa təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar