HACIYEVİN LONDONDA DAHA BİR ŞİRKƏTİ TAPILDI - Aktivində 75 milyon olub... + FOTOLAR

Hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə bağlı yeni maraqlı məlumatlar yayılıb.

"AzPolitika.info"nun məlumatına görə,  araşdırmaçı jurnalist Cavanşir Həsənli sabiq bank prezidentinin xaricdə bəzi maliyyə əməliyyatlarını həyata keçirdiyi şirkətlə bağlı sənədləri əldə edib. Söhbət Cahangir Hacıyevin Londondakı BERKELEY BUSINESS LIMITED şirkətindən gedir.

Jurnalistin yaydığı sənədlərdən belə məlum olur ki,  Beynəlxalq Bankın keçmiş prezidenti arvadı Zamirə Hacıyeva üçün "Gulfstream Aerospace” korporasiyasından 2013-ci ildə 42,5 milyon dollarlıq "Gulfstream G550" təyyarəsini bu şirkət üzərindən sifariş edib.

"Müqaviləni BERKELEY BUSINESS LIMITED adından şirkətin hazırda Fransada yaşayan azərbaycanlı keçmiş direktoru Fərhad Rəhimov imzalayıb. O hazırda Fransada daşınmaz əmlak şirkətinin sahibidir.

Cənab Rəhimovla bu müqavilə ilə bağlı əlaqə saxlamışam. Deyir ki, o sadəcə şirkətin icraçı direktoru kimi müqaviləyə imza atıb"-deyə jurnalist yazıb.

Müəllif sənədlərə istinadən yazır ki, "Gulfstream G550" təyyarəsinin sifarişi və pulun ödənişdən sonra, yəni 2016-cı ildə şirkətin 34.297.494 funt sterlinq (təxminən 75 milyon manat) aktivləri olub:

"Hacıyevlərin tək bir şirkətində rəsmi bəlli olanıdır bu məbləğdir. Bu oğurluqlardan uzun illər heç kimin "xəbəri olmayıb. Şirkəti hazırda Kostas NIKOLAOU adlı yunan Kiprinin vətəndaşı idarə edir.

2007-2010-cu illərdə şirkətin direktoru Azərbaycan Beynəlxalq Bankından iri məbləğdə kredit çıxarıb
sonradan Londonda peyda olan Fransa vətəndaşı Xəqani Bəşirov, sonrakı illərdə Cahangir Hacıyevin ən yaxın adamlarından Dhirsingh JODHUN, Elmar Bağırzadə və Fərhad Rəhimov idarə edib".

"Fərhad Rəhimov bir müddət Zamirə Hacıyevaya məxsus Mill Ride Golf Club-un direktoru vəzifəsini də icra edib. Zamirə Hacıyevaya məxsus MRGC 2013 LTD şirkəti (Qolf klubun idarəçiliyini həyata keçirir) hələ də aktivdir və hazırda icraçı direktoru rus əsilli İngiltərə vətəndaşı Marina POLIUKHOVA-dır. Yəni dəyirman öz işindədir... Kimlərsə də Cahangirdən, Zamirədən məzlum obrazı düzəltməyə çalışırlar" - C.Həsənli yazıb.

635x100

Şərhlər

S.H. 2019-07-09 17:19:48

. Atalar demisken:--- Dananin mixda olanini doyerler! Atalar demisken:--- Palaza burun ,elnen surun ! Camaat men lap metel qalmisam. Cahangir beyem Aydan gelib? O da ele hakim memurlardan biridi. Niye mehz Cahangirden yazirsiz? Beyem yerde qalanlarin bu qeder pulu, mulku yoxdu? Helbetki var! Belke daha coxdu.CHahangir ne ucun bu gun gunun qehremanidi ? Bunu yeqinki hami bilir. Ele ise Milli Metbextde oturub bir Xalqi oz bos baslari ile Yox etmek isteyen diger cahangirlerden yazin. Sos

Mux 2019-07-09 17:19:48

davamı-mədaxil olan əmlak və avadanlıqları sataraq milyardlara sahib olub.Son anda isə izi itirmək üçün AZNEFTKİMYAMAŞın və BMZ rəhbərliyi ilə saxta sənədlərlə sənədləşdirərək yeni dəzgahların adından kohnə dəzgahları "soxuşduraraq" BMZ yerləşdirdilər.Saxta sənədlərin əsas nüsxəsi isə AZNEFTKİMYAMAŞın əməkdaşlarının əlindədir.Bunlara sahid isə Səbayıl Maşınqayırma Zavodun bütün əməkdaşlarıdır.Görəsən Əli və onunla əlbir olanlar özlərini Cahangir bəyin yanında hiss edirlərmi?

Mux 2019-07-09 17:19:48

Cahangir Haciyev və onun arvadının varidatı AZNETFKİMYAMAŞın nəzdində olan Səbayıl Maşınqayırma Zavodun direktoru Əli İsmayılovun varidatının yanında heçnədir.Düzü Əlinin oğul övladı olmasa da 3 qızının adına,kürəkənlərin adlarına nəinki Azərbaycanda hətta xarici ölkələrdə milyardlara bərabər varidatları var.45 ildə Volodarski adına Maşınqayırma z-dunda(SMZ)hansı hoqqalardan çıxmayıb.Qızıla bərabər dəzgah,avadanlıq və əmlakları,hətta istehsal olunan mal-materialları, anbara mədaxil olan

Azəri 2019-07-09 17:19:48

Belə Talançıları Vətən, Millət xainləri adlandırmaq lazımdır. Sənin mənim onun hamımızın dövlətimizin pulunu atıblar.

Azəri 2019-07-09 17:19:48

Əlikramla belələrinin nə fərqi. Əlikram elə xəyanətkardır. Belələri də millətinin xalqının yüzlərlə milyardlarını atan milli xəyanətkardırlar.

Sabir 2019-07-09 17:19:48

Talançılar deyilə kimi 80-85 milyard yox, bəlkə də trilyon atıblar, oğurlayıblar. Çapıb talayıblar ölkəni xalqı.

Son yazılar