Ramiz Mehdiyev yeni naziri təqdim etdi

Dərc olunub: 23/10/2013 - 14:45

506966Yeni kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 23-də Kənd Təsərrüfatı Nazirliyinin kollektivinə təqdim olunub. “Media forum” saytı xəbər verir ki, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Mərasimə yeni və keçmiş kənd təsərrüfatı nazirləri Heydər Əsədov, İsmət Abasov, nazirliyin şöbə müdirləri və qurumun tabeçiliyində olan strukturların rəhbərləri qatılıblar.

Ramiz Mehdiyev Heydər Əsədovun nazir təyin olunması haqda prezident sərəncamını oxuyub, ona işlərində uğurlar arzulayıb, prezident İlham Əliyevin adından İsmət Abasova işlədiyi müddətdə gördüyü işlərə görə təşəkkür edib.

Təqdimat mərasimində Heydər Əsədov və İsmət Abasov çıxış edib. İsmət Abasov qeyd edib ki, işlədiyi müddətdə prezident İlham Əliyevin tapşırıqlarını can-başla yerinə yetirib, dövlət başçısının ölkədə kənd təsərrüfatının inkişafı üçün qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi çalışıb. Sabiq nazir ona bu imkanı yaratdığına və yenidən etimad göstərilərək baş nazirin müavini vəzifəsinə təyin edilməsinə görə prezident İlham Əliyevə təşəkkür edib.










loading...


Fikrinizi bildirin