İranda silahlıların hücumu zamanı üç hərbçi həlak olub

İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun 3 hərbi qulluqçusu həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.

Bildirilir ki, hadisə Qərbi Azərbaycan vilayətində, Piranşahr şəhərində baş verib. Hücum zamanı həmçinin daha 1 hərbi qulluqçu yaralanıb.

Bildirilir ki, silahlılar hərbi qulluqçuların nəqliyyat vasitəsinə atəş açıblar. Cavab atəşi ilə 3 silahlı öldürülüb, daha 1 silahlı yaralanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar