RUSİYA ABŞ-ın SİYASƏTİNİ TƏKRARLAYIR - Gürcüstanı sanksiyalarla hədələyir

Dövlət Duması gürcü şərabı və suyunun idxalına qadağa məsələsini müzakirə etmək istəyir

Dövlət Dumasındakı «Vahid Rusiya» fraksiyası Şura palatasında Gürcüstandan şərab və su idxalının, həm də pul köçürmələrinin dayandırılması məsələlərini qaldırmaq niyyətindədir. Bu barədə fraksiyanın başçısı Sergey Neverov xəbər verib.

Onun sözlərinə görə, Gürcüstanda «rusofob əhval» var və bu da Rusiya vətəndaşlarıını təhlükə qarşısında qoyur («TASS»).

Deputatın qeyd etdiyi kimi, «müxtəlif pozucu elementlər rusiyalı turistlərə hücum edir, onların üzərindən «georgi lenti»ni qoparırlar».

«Belə şəraitdə, əlbəttə, biz hesab edirik ki, bu hərəkətlər yolverilməzdir. Biz, bu gün Dövlət Dumasında Gürcüstandan şərab, su idxalının və Gürcüstan Respublikasına pul köçürmələrinin dayandırılması məsələsini qaldıracağıq» - Neverov bəyan edib.

İyunun 21-də Rusiya prezidenti Vlaimir Putin aviaşirkətlərin Rusiyadan Gürcüstana hava reyslərinin dayandırılması barədə fərman imzalayıb. Rusiya Nəqliyyat Nazirliyinin (NN) bildirdiyinə görə, Gürcüstanla hava nəqliyyatının dayandırılmasından yaranacaq itkilər 3 milyard rubl həcmində qiymətləndirilir.

Beləliklə, açıq-aydın görünür ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu ölkəyə tətbiq etdiyi birtərəfli sanksiyaları «beynəlxalq hüqunun» pozulması elan edən Rusiya özü, digər ölkəyə - Gürcüstan Respublikasına birtərəfli sanksiya tətbiq edir. Daha Rusiyanın ABŞ-dan nə fərqi oldu?!

Hələ bu da hamısı deyil - Rusiya siyasətçiləri Gürcüstanı açıq-aşkar Abxaziya və Cənubi Osetiya ilə hədələməyə başlayıblar. Məsələn, Rusiya Dövlət Dumasınn sədr müavini Pyotr Tolstoy iyunun 6-da bəyan edib: «Bunu yaxşı anlamalısınız ki, Abxaziya və Cənubi Osetiya heç vaxt Gürcüstana qaytarılmayacaq... Rusiya həmişə onların müstəqilliyini dəstəkləyəcək».

Tolstoyun bu çıxışı bir daha sübut edir ki, postsovet məkanında, o gümlədən, Cənubi Qafqazda yaşanan fəlakəli separatizmin (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya) arxasında məhz təcavüzkar Rusiya dayanır!

Deməli, «ilanın ağına da LƏNƏT, qarasına da...».

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar