Bir salxım üzüm 11 min dollara satılıb - FOTO

Yaponiyanın İşikava prefekturasındakı hərraclarda “Ruby Roman” (“Roma yaqutu”) növündən olan bir salxım üzüm 1,2 milyon yenə (təqribən 11 min dollar) satılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Həmin salxımı alan Yaponiya mehmanxanalar şəbəkəsi menecerinin sözlərini sitat gətirən agentlik yazır: “Biz “Ruby Roman” üzüm növünün bazara çıxarılmasının 12-ci ildönümü ilə əlaqədar 1,2 milyon yen təklif etdik”.

Agentliyin bildirdiyinə görə, cari il sentyabrın sonlarınadək həmin növdən olan 26 min üzüm salxımının satılacağı gözlənilir.

“Ruby Roman” dünyada ən bahalı üzüm növü hesab edilir. Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, o, yalnız 2008-ci ildə satışa çıxarılıb. Bu üzüm növü yaqut rəngi ilə seçilən, iri və şirəli çox dadlı meyvələrə malikdir.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar