"ABŞERONU PULLULAR İŞĞAL EDİB, MİLLƏT HARA GETSİN?" - Sabir Rüstəmxanlıdan sərt açıqlama

"Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil..."

Dağları ermənilərin əlində, dənizləri də öz "ermənilərimiz”in əlində... Millət Muğanda, Mildə yanmalıdır?"

"Azərbaycan camaatı öz ölkəsində istirahət edə bilmir, yetim-yesir kimi düşüblər başqa ölkələrə”.Bunu Vətəndaş Həmrəyliyinin Partiyasının sədri, Azərbaycan xalq şairi Sabir Rüstəmxanlı deyib.

Məmurlar tərəfindən Xəzər dənizinin hasarlanmasına etirazını bildirən Xalq şairi bu məsələnin dəfələrlə qaldırıldığını xatırladır.

S. Rüstəmxanlı bildirir ki, Xəzərin sahilində əksər yerlər düzənlikdir, bir neçə yerdə yüksəklik var və onlar da qorunmalıdır: "O, bölgənin gözəlliyidir. Amma Qaradağ postunun yaxınlığında mayak var. O təpəciyi belə daşıyıblar. Dənizin içinə torpaq tökənlər, orda körpü tikənlər, şəhər salanlar yol polisinin olduğu yerdə normal bir yüksəkliyi məhv edib apardılar. Deyən olmadı ki, dur ay bala, bu torpağı sənin nə ixtiyarın var daşıyırsan?

Eləcə də o sahillər. Əvvəl qərar qəbul edildi ki, evlər dəniz kənarından 150 metr aralı olsun.

Bəs bu dəniz kənarında evlər tikənlər kimlərdir? Elə o insanlardır ki, qərarlar qəbul edirlər - nazirlər, yüksək vəzifə sahibləri, məmurlar, imkanlı şəxslər bunlardır.

Onlar sonra məcbur elədilər ki, qanun dəyişilsin, dəyişildi də - məsafə 50 metrə salındı. Amma bu da onları qane etmədi. Artıq dənizin içinə giriblər.

Dəniz hamınındır. Dəniz heç kimin atasının, babasının, dədəsinin deyil. Ona görə də Qaradağ rayonunda dənizin qırağında tikilən evlər kimidir, bu bəllidir. O evlər hamısı sökülməlidir, torpaqlar boşaldılmalıdır, ya da ki, o evlər qeyri-qanuni tikildiyi üçün müsadirə olunub, verilməlir xalqa.

Doğrudur, mülkiyyət toxunulmazdır amma sual olunur, o mülkiyyətlər kimdən icazə alınaraq tikilib? O torpaqlar hansı qanuna əsasən alınıb? Əgər o torpaqlar alınıbsa, bu torpaqları qeyri-qanuni verən insanlar tapılıb niyə cəzalandırılmırlar?”.

S. Rüstəmxanlı deyir ki, bu məsələ Milli Məclisin iclaslarında ən azı 20-30 dəfə bu məsələ qaldırılıb: "Xalq artisti, böyük sənətkar Zeynab Xanlarovadan tutmuş, iqtidarlı, müxalifətli bütün deputatlar bu məsələni səsləndiriblər.

Tikililər şəxsi evlərdir. Bu evlər bir kənara, kimlərsə şifahi icazə alıb gəlib neçə hektar ərazini tutub hasarlayıb, bir qapı qoyublar.

Bəs millətin, xalqın, Abşeron əhalisinin, tarixi, kökü bura aid olan, dədəsinin babasının qəbri burda olan insanların, onlara aid olan köhnə çimərliklərdə gedib pulsuz-parasız istirahət etməyə haqqları var, ya yox?

Novxanı, Şıxov çimərliyi hamısı zəbt olunub. Hə, ola bilsin ki, bir neçə çimərliyi yalandan "xalq çimərliyi” adı ilə saxlayıblar. Amma unudurlar ki, bütün çimərliklər xalq çimərliyidir. Ola bilsin ki, orda istirahət üçün, yemək və içmək üçün bir neçə yer açıla bilər. Amma bu o demək deyil ki, bütün ərazilər tutulsun.

Qarabağı ermənilər işğal edib, Abşeronu da pullular işğal edib. Bəs bu millət hara getsin?

Dağları ermənilərin əlində, dənizləri də öz "ermənilərimiz”in əlində... Millət Muğanda, Mildə yanmalıdır?

Bu məsələ bağlı da tədbir görülməməsinin səbəbi aydın şəkildə ortadadır. O tikilən evlər tədbir görməli adamlarındır. Onlar necə özləri özlərinə qarşı tədbir görə bilərlər?”. (Yenisabah.az)

635x100

Şərhlər

AAgahuseyn 2019-07-10 21:55:03

O əraziləri tutan şəxslər elə o qanunu tez-tez dəyişənlərdir.Onlar qanunu minib isdədikləri səmtə capırlar.SABİR MÜƏLLİM.

Dadawbalaya 2019-07-10 21:55:03

Yaz ay Dadawbala yaz,coxdandi yazmirdin,oldur qozunun qurdunu.Saytinda senden sonra ele iw adamlari (yazarlari)zuhur eleyib ki,onlarin simasini gorende onlardanda, onlara efir verenlerdende тошнит.Allah cubuguna quvvet versin.Yaz,evvelini,ortasini,davamini yaz,amma ardini hele yazma gorek bawimiza ne gelir,belke Yaradana tapwirasan bizi.

ali 2019-07-10 21:55:03

butun deniz sahilleri hasarlardan temizlenib odenissiz girisi olan turistik tesisatlar tikilməlidir......yoxsa qarpiz qabiqi elinden oralara getmək qeyri mumkun olar...

Kalmık 2019-07-10 21:55:03

“ABŞERONU PULLULAR İŞĞAL EDİB, MİLLƏT HARA GETSİN?”-kəndi(si)nə dönsün.Məsələn,Yardımlıya və ya da Ucara gedə bilərlər.Nə var axı Abşeronda?Yel əsin,qoz tökülüb?İsti hava,toz dumanı,çirkləndirilmiş dəniz-yəni Abşeron hara,dağlar qoynu Yardımlı hara

Adəm 2019-07-10 21:55:03

O hasarlılar hamısı milliləşdirilməlidir.Onları sökmək ikinci bir cinayətdir.Qaldı Sabir bəy görün Siz kimdən nəyi tələb edirsiniz?A kişi bunların hamısı zibilin icindədirlər də.O bəyənmədiyimiz Sovet höküməti olsa idi, yəqin bunların yeri məlum olardı.Vallah adam bu özbaşnalığı görəndə...

Kasıb 2019-07-10 21:55:03

Sabir bey size halal olsun sizin kimi vetenini milletini seven bir xalq şairine eşq olsun. Belke sizin kimi qeyretli ogullar bu talançıların axırına çıxar.Mübarizenizi davam edin xalq sizinledir

azər 2019-07-10 21:55:03

o evlər sökülməli Xəzər işğaldan azad olmalıdır

veten dashi 2019-07-10 21:55:03

Sabir bəy cox vacib bir məsələyə toxundunuz.Amma nə yazıq ki,bu gün verilən qərarlar sabah pozulur.Rəhmətlik H.Əliyev dəniz ətrafının boaldılması ilə baqlı qərar verdi onun belə bu sərvət düşkünlərinə təsiri olmadı,Cənab prezident yerli istehsal olan maşınlar alın dedi DİN yeni alman maşınları aldı gətirdi və digər dövlət qurumları həmcini... Mıllət ücün hec bir dəyəri olmayanların 150000.0-500000.0 dəyəri olan maşınlarda gəzməsi bu milləti saymamazlıqdır ,həqarətdir... Özbəkistanda hec bir məmur bunu ..

Xırdalanlı 2019-07-10 21:55:03

Sabir bəy həmişə haqq olanı deyir. O özünün Feysbuk səhifəsində bir qədər əvvəl bizi-Xırdalanda yaşayanları məhv edən problemi yazıb, bildirmişdi: Belə bir acı peşmançılıq duyğusunu Xırdalana gedəndə yaşayır: "Nə maşına yol var, nə piyadaya! Deməyə söz tapmırsan! Hansı acı söz, hansı ittiham ürəyini soyuda bilər? Niyəbizim bu ev tikənlərimiz vicdanı, məsuliyyəti, qanun qorxusunu yaddan çıxarırlar. Bunlar anlamırlarmı ki, buraları görən hər kəs 10 ildən, 30 ildən sonra da, Bakının böyründə, Xırdalan kimi bir yerdə bu cür vəhşl qazanc ehtirasıyla ev tikənlərin ata-babasını gorundan çıxaracaq, onda urvatlı bir yer qoymayacaq!.. Görəsən, dünyanın hansı vəhşı tayfası 15-20 qatlı binaların ətrafında darısqal da olsa bir səki yeri saxlamaz. Üz-üzə binalarda bir balkondan o birinə tullanmaq olar! Doğrudanmı, on illər boyu əzizlərinin ən ağır söyüşlərlə söyülməsinə razı olurlar, amma binanı bir addım geri çəkə bilmirlər?.. Niyə şərəflərini, adlarını qazanca, mal-mülkə görə belə asanca ayaq altına atırlar? Bəs bu şəhər sizin, bizim deyil? Bəs bu binalarda sizin xalqınızın övladları yaşamayacaq? Axı bu nəhəng evlər gündə sökülüb yenidən tikilmir... Məgər hər kim harda balaca bir boş yer tapınca orda bir göydələn ucaltmalıdır? Bəs bu Xrdalan deyilən şəhərin bir sahibi yoxdur?"

Kənar adam 2019-07-10 21:55:03

Sözün bitdiyi yer. Sabir bəy eşq olsun. Əslində gərəkən sualları da verdiniz, cavabları da.

dadaşyev 2019-07-10 21:55:03

davamı;Bax,dövlət qanunları o cür qətiyyətlə icra olunmalıdır ki,hüquqi dövlət yaransın.Qanunların icrasına icra başçıları qətiyyətsizlik göstərərsə,təbii ki,ondan da böyük hasarlar bizi gözləyir.

dadaşyev 2019-07-10 21:55:03

davamı;Saakaşvili Odessanın qubernatoru olanda varlılara dedi 2 gün vaxt verirəm,dəniz kənarında ucaltdığınız hasarları sökün.İki gündən sonra getdi dəniz kənarına,gördü heç birisi sökülməyib.Dərhal bir neçə buldozer gətirtdirdi,dedi sökün.Başladılar sökməyə.Varlılar biraz dingildəmək istədilər,amma Saakaşvili əlində tutduğu kağızları onların gözünə soxdu ki,qanun əlimdədi,mən qanunla hərəkət edirəm,qanuna qarşı gəlsəniz vallahi türməyə basaram hamınızı.Gördünmü,birinin səsi çıxdımı?Heç deputat deyildi o.

dadaşyev 2019-07-10 21:55:03

davamı;deputat kimi səlahiyyətiniz də çatır imza toplayıb həmin idarə rəhbərini Azərbaycan qanunlarını heçə saydığına görə işindən atdırıb həbsini tələb etməyə.Niyə etmədiniz?Axı sizlər xalqın səlahiyyətli deputatlarısınız.Yolu keçəni ştraf etmək qanununu çıxarıb icrasını göz bəbəyi kimi qoruya bilirsiniz pul kasıb-kusubun cibindən çıxır deyə,amma o boyda hasarlara qarşı qanunun icrasına göz yumursunuz varlıların əlindən çıxar deyə?Qanunsuz tikilən mülkiyyət toxunulmaz deyil,səhvin var.Qanun ali olmalıdır.

dadaşyev 2019-07-10 21:55:03

Yaxşı deyirsən,amma vallah faydası yoxdu.Çünki bunu 25 il deputat olanda deməliydin.Yalnız Zeynəb idimi deputat?Sən də onunla eyni Məclisdə oturmamışdınmı?Bir o deyəndə bir də sən deyəydin,təkrar-təkrar deyəydin,nəticə olmadısa deputat kimi tələb edəydin,o birilər də qoşulaydı,imza toplayaydınız,o hasarların sökülməsinə hansı qurum barmaqarası baxırsa zorla Məclisə çağırıb hesabat istəyəydiniz,onun yaxasından tutub silkələyəydiniz.Yenə sökməzsə bu dəfə qanun qarşısında titrədəydiniz ki,həbs etdirərik səni.

Xalig 2019-07-10 21:55:03

Ay shair,sende gorxundan ad ceke bilmirsen.Deye bilmirsen ki,torpagla yanasi igtisadiyyatimizi da ermeni qanlı bəzi m’murlar isgal edibler.Milyardlar ogurlanir,milyonlara mulk tikilr......Dagda,dasda gezen,tezek iyi veren pkk simpatizanları bu ölkədə adam olub....Curumus pendir iyi veren ermeni fahiseleri burda ana sayan məurlar var.Kimden geldi ....tutan cuhudu demirem......Bunlari ara,Xezer gacmir...

t.ədalət 2019-07-10 21:55:03

Hacı Mazanın villası Novxanı tərəfdə dənizin,az qala içərisindədir.

Son yazılar