"ŞƏRT ODUR Kİ, YERİ GƏLƏNDƏ ÖZ SÖZÜNÜ DEYƏSƏN..." - Sensasiyalı müsahibə

Sabiq nazir ibadətlə məşğul olduğu barədə yayılan xəbərləri təsdiqlədi: “İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm”

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun ibadətlə məşğul olması haqda xəbərlər yayılıb. Ümumiyyətlə isə Ziya Məmmədov vəzifədə olarkən də özünün və ailə üzvlərinin ibadətlə məşğul olmaları xəbərləri vardı. Lakin mediada yayılan bu məlumatlara sabiq nazir uzun illər münasibət açıqlamayıb. “Yeni Müsavat” Ziya Məmmədovla telefon vasitəsilə əlaqə saxlayaraq, ondan barəsində deyilənlərə münasibət öyrənib.

- Ziya müəllim, sizin ibadətlə məşğul olmağınız haqda məlumatlar yayılıb. Bu məlumatlar doğrudurmu?

- İbadət nədir? Mən mollayam, nəyəm? Sən müsəlmansan?

- Əlhəmdülillah, müsəlmanam.

- Mən də əlhəmdülillah deyirəm. Bitdi, qurtardı da. Sən ibadət nəyə deyirsən? İbadətlə məşğul olmaq günahdır? Məndən nə eşitmək istəyirsiz?

- Sizin kimi məşhur insanın barəsində istənilən informasiya maraqla qarşılanır. Həmçinin bu, bir təşviqdi. Misal üçün, insanlar biləndə ki, Ziya Məmmədov ibadətlə məşğuldu, xeyli adam ibadətə gələ bilər. Yaxşı bir prosesə səbəb olarsız.

- Mən yaranandan, ağlım kəsəndən Allahı tanıyıram, Allaha bəndəlik edirəm, Onu sevirəm, əməli-saleh olmağa çalışıram. İbadət hər bir müsəlmanın Allah qarşısında borcudur. Mən bütün dövrlərdə ibadət eləmişəm.

- Sizin babanızın şeyx olması haqda da xəbərlər var...

- Bəli, ola bilər. Hər bir müsəlmanın borcudur ki, ibadət etsin. İmanı olan insan namaz qılmalıdır.

- Xarici dövlətlərin rəhbərləri, nazirlər, baş nazirlər, hətta prezidentlər kilsələrə, məscidlərə gedir, ibadət edirlər. Azərbaycanda tanınan insanlar namaz qılanda isə sanki qıcıqla qarşılanır. Sizcə, səbəb nədir?

- Təəssüflər olsun ki, belədir. İslama qarşı dünyada həmişə təzyiqlər, təhdidlər olub. Bütün yeni dinlərə qarşı belə münasibət olub, xüsusən İslama qarşı da belədir. Öz dədə-baba adətlərini unutmayan insanlar, bəzən hakimiyyət üçün, bəzən başqa məqsədlər üçün İslamdan çəkinirlər. Bu gün dünyada islamafobiya var. Hansı ki, bu, Allahın əleyhinə çıxmaqdır. Bu çox incə məsələdir. Bu gün Allaha ibadət etmək hər bir insanın, xüsusilə müsəlmanın borcudur.

 

İslam dininin daşıyıcısı olmağımızla hər birimiz fəxr etməliyik. Mən də fəxr edirəm. Bu həyat müvəqqətidir. Ölüm mütləqdir. Allah da xəbərdarlıq edir ki, Qiyamət günü mütləq gələcək, insan əməlinə görə sorğu-sual olunacaq, cənnət-cəhənnəm müəyyənləşəcək. Bu həyatın özü enişli-yoxuşlu yol olduğu üçün, əzablı, lənətlənmiş yol olduğu üçün çalışmaq lazımdır ki, o dünyada heç olmasa cənnəti qazanasan, günahlarını yuyasan. Bu dünyada hər birimiz günah işlədə bilirik. İstədik, istəmədik, günah edə bilirik. Çalışırıq ki, həmin o günahları tövbə edib Allah qarşısında təmizləyək.

- Allah elə bir mükəmməl sistem yaradıb ki, bəndəsinə günahdan təmizlənmək üçün fürsət verir.

- Ona görə Rəhman və Rəhim Allah deyilir. Allah böyükdür, rəhmi də tükənməzdi. Amma cəzası da böyük olar. Allah o cəzadan saxlasın bütün müsəlmanları, Azərbaycan xalqını.

- Tanınmışların məscidə getməsinə necə baxırsız? Özünüz məscidə gedirsinizmi?

- Bizim prezidentimiz cənab İlham Əliyev, 1-ci vitse-prezidentimiz Mehriban xanım bu siyasəti çox gözəl idarə edirlər. Dünyaya isbat edirlər ki, bizdə din azadlığı var, dözümlülük, tolerantlıq var bütün dinlərin daşıyıcılarına. Allah Qurani-Kərimdə buyurur ki, ey insanlar, dini azad buraxın. Dinə məcburiyyət yoxdur, kim hansı dini istəyir, qoy seçsin. Özünün fərdi işidir. Cənab prezident də, Mehriban xanım da bu siyasəti Azərbaycanda gözəl şəkildə tənzimləyirlər, həyata keçirirlər. Cənab prezident də, Mehriban xanım da Kəbədə olublar, Kəbə qapılarından içəri keçiblər. Allahın izni olmasa, bu heç bir insana qismət olmaz. Bəzi vəzifəli şəxslər özləri üçün bəzən nəyisə isbat etməyə çalışırlar. Amma əslində hesab edirəm ki, insanın daşıdığı dinə borcu ona xidmət etmək, Allaha səcdə etməkdən ibarətdir.

- Cümə günləri məscidlərə gedirsinizmi?

- Xeyr, getmirəm. Özüm özlüyümdə məşğulam dinlə, ibadətlə.

- Ailə üzvləriniz necə, məscidə gedirmi?

- Dediklərimin hamısını yazacaqsız?

- Əlbəttə.

- Mən xalqıma, dövlətimə həmişə sədaqətli olmuşam. Sədaqətimdən də geri dönən deyiləm. Azdan-çoxdan  mənim insanlara münasibətim çoxlarına bəllidir. Gördüyüm işlər də çoxlarına bəllidir, görüblər, qiymətləndiriblər. Allah hamısından razı olsun. Sizlərə vətənə, millətə xidmətinizə görə uğurlar arzulayıram. Mən Heydər Əliyev ideyalarının daşıyıcısıyam, cənab prezidentin bu sahədə həyata keçirdiyi siyasətin icraçılarından olmuşam uzun illər. Bu siyasətdən, bu sədaqətdən geri dönməyən insanam. Mən əqidəmi dəyişməyən adamam. Bunu hamı bilsin.

- Yeni vəzifə təyinatlarına münasibətiniz də maraqlı olardı.

- Hamısına uğurlar arzulayır, təbrik edirəm. Səlahiyyət sahibi ölkə başçısıdır. Seçib təyin edibsə, hər kəsə uğurlar arzulayır, təbrik edirəm.

- Sizin yeni vəzifəyə təyinatınız gözlənilmir ki?

- Mən bu haqda düşünmürəm, vallah.

- İşləmək həvəsiniz yoxdur, yoxsa təklif gəlmir?

- Mən öz missiyamı yəqin  ki, yerinə yetirmişəm. Allahın ayırdığı vaxtda mən həmişə ölkə başçısının əsgəri olmuşam. Şərt o deyil ki, vəzifə tutasan. Şərt odur ki, vətəninə, millətinə, dövlətinə hörmət və məhəbbət yaşadasan. Yeri gələndə də ədalət naminə öz sözünü deyəsən. Vətəndaş bu halda yaxşı vətəndaş olur. İndi mən də vətəndaşam, baxıram, görürəm. Oxuyuram, tanış oluram, müəyyən yerlərdə fikrimi söyləyirəm.

- Ucarda ata yurdunuzda yaşamağınız haqda xəbərlər də var. Bakıdan uzaqda yaşamağınız nə ilə əlaqədardır?

- Mən Azərbaycanda yaşayıram. Azərbaycanın Konstitusiyasına görə də Azərbaycan vətəndaşı ölkə ərazisində istədiyi yerdə yaşamaq hüququna malikdir. Salamat qalın.

635x100

Şərhlər

keçmiş Nəqliyyat işçisi 2019-07-11 09:31:49

Tam qeyri -səmimi müsahibədir.Sizi tanımasaydıq ay Ziya müəllim bəlkə qarşınızda baş əyərdik.Nəqliyyat Nazirliyı sənin savadsız qohum əqrabanla dolu idi.Yadındamı qardaşın Loğman adi sürücü idi,sonra Yerli sənaye nazirinin birinci müavininin sürücüsü oldu,sonra da sənin işlədiyin nazirliyin böyük bir Tikinti -təmir idarəsinin rəhbəri. Bu adam yazı yaza bilmirdi. Hamı onu savadına görə lağ edib gülürdülər.İndi görən hansı rəhbər vəzifə umursan ki,o bisavadları ətrafına yığasan Səni allah heç vaxt bağışlamaz

dadaşyev 2019-07-11 09:31:49

Sabirin "Millət necə tarac olur olsun,nə işim var" misrasının 3D formatındakı görüntüsü olan bu adam,ya da oğlu elə bu görüntülərinə görə yaxınlarda yağlı bir vəzifə tutsalar təəccüblənməyin.Nağayraq,bizim də alnımıza belə məmur və məmurcuqlar yazılıb.

Talış 2019-07-11 09:31:49

Ziya müəllim. Avazın yaxşı gəlir oxuduxun Quran olsaydı. Amma bir sualda məni maraqlandırdı ailəniz Allaha ibadətli olsaydi oğlunuz bir milyona ayı balasını kəsib yeməzdi. Yaxud Uarda elə ailə vr acindan əziyyət cəkir sizin ailə üzvlrinizin milyonlarini otel və gəzintilər yeyir. Və yaxud malikanələrinizin sayı hesabı yoxdu bir milyon qacqına bir manat belə yardımınız olmayıb. Nə oldu ya belə ibadət olurmu? Dövlətin milyonlarına sahib olmusuz hansı ki hec Nobel mukafatcilarında sizin qədər pra yox ya?

Sadə Adam 2019-07-11 09:31:49

Bu anda Ziayanın ardığı addımını belə adlandırmaq olar "TÜLKÜ HƏCƏ GEDİR".Vəsəlam.

Adi adam 2019-07-11 09:31:49

davamı-dadına çatardı.Ancaq sən və ağzından süd iyi gələn oğlu və deputat olmuş qardaşın neylədiniz?Yediniz,taladıniz.Unutmayın ki,ALLAH heç vaxt sizləri bağışlamaz. Hörmətli redaktor Sizdən xahiş edirəm yazdıqlarımı olduğu kimi dərc edin.

Sadə adam 2019-07-11 09:31:49

Yedin,taladın,millətin və dövlətin iliyini yeyə-yeyə milyardlara sahib oldun.Sən elə bilirsən ALLAH sənə nazir olduğun dövürdə buraxdığın səhləri bağışlayacaq?Heç vaxt.İstəyirdən namaz qıl.istəyirsən həccə get.Günah elə günahdır.Nazır olduğun müddətdə millətinə,vətəninə,xalqına sadiq qalsaydın,varidatının ən azından 15%-ni kasıblara xərcləsəydin, kimsəsizləri mənzillə təmin etsəydin,vətən torpaqları uğrunda şəhid olanların ailələrinə əl tutsaydın-bax onda hamı səni alqışlayardı və UCA ALLAH da hər zaman

Zazaa 2019-07-11 09:31:49

Ilyas bey duz deyir. Ziya Memmedov Qurani Kerimden derin biliye malik deyil. Quranda deyilir ki Islamda mecburiyyet yoxdur. Lakin butun insanliga Islami Qurani qebul etmeye cagiris var. Hazirda Dunyada sonuncu bir din Islam ve mugeddes kitab Kurandir. Cenabi Allah Quranda hamini Islami gebul etmeye cagirir.Cenabi Allahin cagirisina emel etmiyenleri sizce Allah bagislayar?

Zazaa 2019-07-11 09:31:49

Ilyas bey duz deyir. Ziya Memmedov Qurani Kerimden derin biliye malik deyil. Quranda deyilir ki Islamda mecburiyyet yoxdur. Lakin butun insanliga Islami Qurani qebul etmeye cagiris var. Hazirda Dunyada sonuncu bir din Islam ve mugeddes kitab Kurandir. Cenabi Allah Quranda hamini Islami gebul etmeye cagirir.Cenabi Allahin cagirisina emel etmiyenleri sizce Allah bagislayar?

NURəddin 2019-07-11 09:31:49

BU ADAM ELƏ BİLİR Kİ,GÜNAHI YUMAQ,YARADANI RAZI SALMAQ ASANDIR.LAN,SƏN KİM OLURDUN DA ALLAHIN BƏNDƏLƏRİNİN HAQQINI MƏNİMSƏYİB ÖZÜNÜNKİLƏRƏ YEM EDİRDİN?! 700 İL İBADƏT ETSƏN DƏ 1 MƏZLUMUN GÖZ YAŞINA DƏYMƏYƏCƏK.YOXSA EŞİTMİSƏN Kİ,ALLAH RƏHMAN VƏ RƏHİMDİR,ARXAYIN OLMUSAN?HEÇ ELƏ ŞEY YOXDUR!SƏNİN XALİQ HAQQINDA TƏSƏVVÜRÜN MƏHDUDDUR."O" HƏM DƏ QƏZƏB VƏ ŞİDDƏT SAHİBİDİR! ƏDLDİR!CƏBBARDIR!QƏHHARDIR!ZALIMIARA QOŞULUB KİMIN MÜLKÜNÜ DAŞLAYIRDIN?ALLAHINMI? YALVARIŞLA YUYULASI GÜNAH DEYİL.ANCAQ ODLA YUYULASI MƏSƏLƏDİR!

dadaşyev 2019-07-11 09:31:49

Əminliklə demək olar ki,yeni vəzifə umur.Çünki müxbir deyir "Ailə üzvləriniz məscidə gedirmi?"Cavab əvəzinə soruşur:"dediklərimin hamısını yazacaqsınız?"Müxbir deyəndə ki "Əlbəttə",ailə üzvlərinin məscidə getməsindən yox,prezidentə sədaqətindən danışır,belə gözəl fürsət ələ düşməz deyə.A balam,səndən ayrı şey soruşurlar axı,sən nə cavab verirsən?Yığdın,küplərə və küpcüklərə doldurdun 10 illərlə,sultanlar kimi yaşadın,bəsdi də,dindən soruşurlarsa indi də dindən danış.

SƏMƏD VURĞUN-dan. Müxənnət 2019-07-11 09:31:49

Gözlərində iki parça buz donub, Anan səni yaman uğursuz doğub, De, əllərin neçə günahsız boğub? Yaman getdi, getdi "sefin", müxənnət, Din, necədir indi kefin, müxənət? Yalanları qılınc kimi yağladın, Ürəkləri, ciyərləri dağladın, Evlər yıxıb, hey qapılar bağladın. Yaman getdi... getdi "sefm", müxənnət, Din, necədir indi kefin, müxənnət?

İlyas 2019-07-11 09:31:49

Ziya müəllim "Allah Qurani-Kərimdə buyurur ki, ey insanlar, dini azad buraxın. Dinə məcburiyyət yoxdur, kim hansı dini istəyir, qoy seçsin." -deyir. Bu cümlə onun Qurandan xəbəri olmadığını göstərir. Szin jurnalist isə sərişəsizdir və dini bilmir. Dini bilmədən dinə aid müsahibə götürür.

Yetim 2019-07-11 09:31:49

Görəsən bu dövlət büdcəsi deyilən "zadı" harada saxlıyırlar? Maraqlısı odur ki, onun ətrafında olanlar ALLAHI görmürlər. ...

veten dashi 2019-07-11 09:31:49

Hamisini qoyaq bir yana əldə etdiklərini bir nazir maashi ilə halaliqla əldə edib deyək.Səviyyəsiz əməkdaşları tərəfindən incidilən ,ürəyi artladılanların günahını,yaratdığı səviyyəsiz xidmət mədəniyyəti ilə insanlar tərəfindən oxunan lənət və söyüşlər necə olsun......

Vəli 2019-07-11 09:31:49

Çox təsirləndim. Bəlkə onu qaytaraq?

yusif 2019-07-11 09:31:49

buy ozunu o qeder yekexana aparir ki.. men ondan musahibe goturseydim cavabini sert vererdim- ele bil 100 milyonlari talayan o deyil menem. ...

Pisi 2019-07-11 09:31:49

Hormetli ziya muellim esas odu rusvete tovbe etmisen ya yox

Son yazılar