“Görəsən, Ziya müəllim ibadət edəndə NİİM-i yada salır?” - Ekspert

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz sabiq nazir Ziya Məmmədovun ibadətə başlaması ilə bağlı verdiyi açıqlamanı şərh edib. O, eks nazirin ibadətini Bakı Nəqliyyat Agentliyinin strukturu ilə qarşılaşdırıb.

O bildirib ki, Z. Məmmədovun ibadətləri ilə bağlı yazıları oxuyanda nədənsə hər dəfə Nəqliyyatın İntellektual İdarəetmə Sistemini xatırlayır: “Bu, Azərbaycanın ən böyük İT layihələrindən, həm də Azərbaycanın İT tarixində ən bahalı və ən uğursuz layihədən biri olub: Əgər NİİM uğurlu olsaydı, indi hər gün yollarda baş verən dəhşətli qəzalar minimuma enə bilərdi.

NİİM-in bütün ölkə boyu reallaşdırılması nəzərdə tutulmuşdu. Lakin Ziya Məmmədovun rəhbərliyi altında olan NİİM 100 milyonlarla vəsait ayrılmasına baxmayaraq iflas oldu.

Ümumiyyətlə, maraqlıdır görəsən NİİM MMC bir qurum olaraq indi hardadır ? Mən özüm də bilmirəm hardadır .

BNA-nın strukturuna nəzər salın görək, orada NİİM MMC varmı? Yoxdur. Halbuki qanunvericiliklə NİİM bir struktur vahidi olaraq , bir MMC olaraq BNA tərkibində olmalıydı. Amma yoxdur.

İndi ibadətlə məşğul olan cənab eks-nazirdən və BNA rəhbərliyindən soruşmaq istərdik ki, hardadır NİİM MMC ?

Nə üçün görünmür strukturda? Nə üçün 100 milyonluq qurum yoxa çıxıb?

Cavab çox sadədir.

Çünki BNA NİİM-i bir qurum olaraq , MMC olaraq təhvil almayıb. Sadəcə, indiyədək də təhvil-təslim olmayıb. Prezidentin bununla bağlı fərmanı indiyədək də icra edilməyib.

Güman ki, BNA rəhbərliyi təhvil almağa bir şey tapa bilməyib, güman ki 100 milyonluq “heç nəyi” balansına almaq istəməyiblər.

Əks halda bu, BNA strukturunda öz əksini tapmalıydı.

Amma bütün bunlara baxmayaraq, BNA rəhbərliyi NİİM-in ayrı-ayrı komponentlərindən istifadəyə cəhdlər edir. Bura yenidən böyük vəsaitlər ayrılır. Lakin hələlik yetərli nəticələr yoxdur. Çünki “heç nəyin” üzərində normal infrastrukutr bərpa etmək çox çətin olardı.

Kimdir günahkar ?

Adətən ibadət edərkən günahların da bağışlanması arzu olunur.

Görəsən, hörmətli Ziya müəllim ibadət edəndə NİİM-i yada salırmı?”.

635x100

Şərhlər

dadaşyev 2019-07-11 12:38:59

Bir neçə il öncəki şərhlərimin birində demişdim ki,a millət,"dünyanın sonu filan vaxt olacaq" deyənlərə əsla inanmayın,çünki nə qədər ki,Ziya Məmmədov namaza başlamayıb,Qiyamət olan deyil.Həə,əgər bu başladısa ibadətə,Qiyaməti hər an gözləyin,çünki respublikaya bunun qədər ZİYAn vuran ikinci bir adam ola bilməz,başdan ayağa Ziyan Məmmədovdu yəni.Şəxsən mənə o maraqlıdır ki,namaz qılarkən üzünü hara çevirir?Qiblə nə olan şeydi bilirmi?100 milyona gəlincə,a kişi,nə 100 milyon,nə 1 milyard?5-6 milyarddan danış

t.ədalət 2019-07-11 12:38:59

Ziya Məmmədov dəmir yoluna rəis təyin olunanda ilk işi balta ilə Məmməd Əmin Rəsulzadənin idarənin vestübülündə qoyulmuş büstünü dağıtmaq oldu.

NIIM yada Düşmür 2019-07-11 12:38:59

amma sürücüləür tərəfindən Bakı-Quba "beton" yolu hər gün yada düşür. Ümumuyyətlə, məmrlar üçün Allaha ibadətlə edilən əməllərin birbaşa bağlılığı yoxdur.

Veteran 2019-07-11 12:38:59

Bildiyim qeder Allaha werik qowanlarin gunahlari onun terefinden bagiwlanilmir. Ikinci gunahi bagiwlanmayanlar ise kiminse haqqina girenlerdir. Hec inandirici gorunmur ki, sabiq memur hec kimin haqqina girmeyib! Bu uzden ibadetlerinizin qebul olunacagi boyuk sual altindadir!

Son yazılar