Azərbaycandan Türkiyəyə fəhləliyə getdi - 300 lirəyə görə öldürüldü

Azərbaycandan Türkiyəyə işləməyə gələn 27 yaşlı Axsqa (Məhsəti) türkü Süleyman Nufarov iş yoldaşı tərəfindən bıçaqlanaraq öldürülüb.Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən il iyul ayının 7-də Bursanın mərkəzi Nilüfər ilçəsi, Görükle məhəlləsində baş verib. Ailəsini Azərbaycanda qoyaraq Türkiyəyə gələn 1 uşaq atası Süleyman Nufarov Bursada 41 yaşlı Türkiyə vətəndaşı Süleyman Kebizin yanında inşaat işinə başlayıb. Lakin bir müddət sonra Nufarov işindən ayrılıb, Kebizin yanına gedərək Azərbaycana dönəcəyini bildirib və alacağı 300 lirəni istəyib. İki tərəf arasında yaranan mübahisə davaya çevrilib. Bu zaman Kebiz Nufarovu bıçaqla yaralayıb. Yaralı Uludağ Universiteti Tibb Fakültəsi Xəstəxanasına çatdırılsa da, orada ölüb. Süleyman Kebiz isə həbs olunub.

Süleyman Nufarov

Bursansanın 1 saylı Ağır Cinayətlər Məhkəməsində “qəsdən adam öldürmə”yə görə Süleyman Kebizə ömürlük həbs cəzası istənib. Məhkəmə prosesində şübhəli Süleyman Kebiz, ölən gəncin anası Sandarə Nufarova, həyat yoldaşı Gülnarə Nufarova və qızı Aişə Nufarova da iştirak ediblər.

Süleyman Kebiz

Kebizə məhkəmə prosesində söz verilib. O, keçmiş iş yoldaşını öldürmək istəmədiyini, mərhumun onu bu cinayətə təhrik etdiyini deyib: "Hadisə baş verən gün Süleyman Nufarov təxminən 300 lirə pulunu istəmək üçün mənim yanıma gəldi. Mən ona pulu verəcəyimi söylədim. Mənə “bu gün səndən həmin pulu atrıqlamasıyla alacağam” deyincə “kimsə məndən artıqlamasıyla pul ala bilməz” cavabını verdim. Mübahisə böyüdü və bu zaman Süleyman məni stulla vurdu. Mən də özümü qorumaq üçün qarpızı kəsdiyimiz bıçağı götürdüm, sağa-sola yellədim. Bu vaxt Süleyman çiynimdən tutub özünə tərəf çevirmək istəyərkən bıçaq istəmədən ona tuşlandı. Süleymanın xəstəxanada öldüyünü öyrəndim. Bu hadisə təhrik nəticəsində baş Verdi”,- S. Kebiz bildirib.

Süleyman Nufarovun anası Sandarə Nufarova və həyat yoldaşı Gülnarə Nufarova qatilə ən ağır cəzanın verilməsini tələb ediblər. Məhkəmə, şübhəlinin tələblərini rədd edib. Respublika Prokurorluğu şübhəli Süleyman Kebizin ömürlük həbs cəzasına məhkum edilməsini istəyib. Məhkəmə təxirə salınıb.

Maraqlıdır, Azərbaycan hökuməti. məddahlıqda yarşa gormiş deputatlar, "ekspertlər ölkədə 2 milyona yaxın iş yeri açıldığını iddia edirlər. Bu halda Azərbaycan vətəndaşlarının fəhlə işləmək üçün niyə xarici öıkələrə üz tutduqlarını o "dərin zəkaları" ilə izah edə bilərlərmi? Gənc bir insanın təxminən 50 dollara görə Vətəndan kənarda öldürülməsində görə, Azərbaycan hökumətinin təmsiçiləri, ölkənin milyardlarını talayıb xaricə daşıyan məmurlar məsuliyyət daşımırmı?  

635x100

Şərhlər

dadaşyev 2019-07-11 12:56:14

Allah rəhmət eləsin.Millətin gələcəyi olan yazıq gənclərimiz 5-10 manat çörək pulu üçün necə də avara-sərgərdan olublar."Məddahlıqda yarışa girmiş deputatlar" dedin "Sehrli xalat" yadıma düşdü.Ümumiyyətlə,bizim başabəla məmur tayfamız kresloya oturdulub ömürlük svarkalandıqları gün İo-Kio baba gəlib onlara sehrli xalat geydirir,onlar da qışqırırlar "Amaravaaati amaravaaati çandrikaaa!Kintamaaani kintamaaani işvaraaa!"Və o saat da fırlana-fırlana qədim zamana düşürlər.Ona görə də başlayırlar yaltaqlanmağa.

Rövşən 2019-07-11 12:56:14

Mən bir azərbaycanlı olaraq, xəcalət çəkdim, ürəyim ağrıdı.İnkişaf edən ölkənin vətəndaşı, özü də mesxeti türkü belə yazıq günə qaımamalıdır!Azərbaycan türklərinin insanlıq borcu min bir əzab çəkmiş və bizə sığınmış bu qardaş xalqı qorumağı bacarmaqdır.

Sus 2019-07-11 12:56:14

Bu yazı məni çox kədərləndirdi.Biri 2 milyonluq saat gəzdirir, o biri isə 50 dollara görə həyatını itirir.Vətəndaşına sahib çıxmayan "hökümət" kimə lazımdır?İşsizlikdən ailəmizi, uşaqlarımızı və hətdA ANA VƏTƏNİMİZİ İTİRMİŞİK.Burada anbaan təhlükə ilə üzləşirik ki,indi narkotiklə,nə ki, cibimzə silah atmaqla şərlənəcəyik......

Son yazılar