DİN və AQTA reyd keçirib

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələrinin iştirakı ilə Ağdam və Ağdaş rayonları ərazilərində keçirilib.

DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Ağdam rayonu ərazisində Ağcabədi rayon sakini A.Nəsibovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 175 kiloqram, Ağdaş rayonu ərazisində isə Mingəçevir şəhər sakini M.Mehdiyevin idarə etdiyi “QAZ-3110” markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan 200 kiloqram ət məhsulu aşkar edilərək götürülüb.

Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar