“SƏNİN EVİNDƏN YÜZLƏRLƏ QIZIL SAAT ÇIXDI…” –  “Çevriliş etmək istədin, alınmadı” + VİDEO

Dərc olunub: 11/07/2019 - 16:45

1111(R) İş adamı Maqsud Mahmudov internet televiziyalarından birinə budəfəki müsahibəsində həm Avropadakı bəzi siyasi mühacirlərlə sərt polemikasını davam etdirib, həm də sabiq səhiyyə nazir Əli İnsanovu tənqid edib. 

O, siyasi mühacir Qurban Məmmədovu camaatı aldadaraq pul yığmaqda ittiham edib. Onun öz internet televiziyasının fəaliyyətini həddən artıq şişirdərək, bundan öz məqsədləri üçün istifadə etdiyini bildirib.

Digər bir mühacir Rəfael Piriyevi isə dafa sərt formada tənqid edib, söyüş söydüyünə görə onunla bağlı ağır ifadələr işlədib.

İş adamı sabiq səhiyyə naziri Əli İnsanovu bugünlərdə “BBC News Azərbaycancaya” verdiyi müsahibədə səsləndirdiyi fikirlərə görə hədəfə götürüb, onu vaxtilə korrupsiya ilə məşğul olmaqda,  dövlət çevrilişinə cəhd etməkdə, əqidəsini dəyişməkdə ittiham edib.

M.Mahmudovun həmin müsahibəsini təqdim edirik:










loading...


Fikrinizi bildirin