Belçikadan 3 azərbaycanlı deportasiya olunub

Dərc olunub: 11/07/2019 - 15:41

4c947426-b82c-4025-9ff7-a8a15f43d68bBelçika Krallığından daha 3 azərbaycanlı deportasiya olunub. “Report”un Avropa bürosunun məlumatına görə, bunlar Rusiya vətəndaşları Aslanov Vladimir Rasim oğlu, Məmmədov Məmməd Alı oğlu və Azərbaycan vətəndaşı Qasımov Elgün Bünyad oğludur.
Hər üç azərbaycanlının deportasiya olunmasına səbəb miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasıdır.
Azərbaycanlılar Brüssel aeroportundan Sankt-Peterburq şəhərinə yola salınıblar.










loading...


Fikrinizi bildirin