“Qarabağ” – “Partizani” matçının biletləri satışa çıxarılıb

Dərc olunub: 11/07/2019 - 16:53

37edf737-2737-4759-b22a-27f04155d2b4“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya “Partizani”si ilə keçirəcəyi cavab oyunu üçün biletlər satışa çıxarılıb.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ən ucuz biletə 2 manat qiymət qoyulub. Satışda 5 manat, 10 manat və VİP sektora 50 manata da biletlər mövcuddur. Onları Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, “Gənclik”, 28 Mall, “Park Bulvar”dakı iTicket satış məntəqələrindən, ASAN Xidmətin 2 və 3 saylı (Yasamal, “AMAY T/M) mərkəzlərindən əldə etmək olar.

Qeyd edək ki, iyulun 17-də “Dalğa Arena”da keçiriləcək “Qarabağ” – “Partizani” matçı saat 21:00-da start götürəcək.








loading...


Fikrinizi bildirin