Mingəçevir sakini intihar edib

Dərc olunub: 11/07/2019 - 17:05

425d272cf23a85bMingəçevirdə intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Naxçıvan küçəsi 48 ünvanında qeydə alınıb.

1962-ci il təvəllüdlü şəhər sakini Qiyafət Əliyeva özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

İntihar edən şəxsin psixoloji problemlərinin olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin