"Bahalaşma ilə bağlı təlaşa ehtiyac yoxdur" - Nazir müavini

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması ilə bağlı təlaşa ehtiyac yoxdur".

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O, bu barədə bəzi məhsulların qiymətinin artmasına münasibət bildirərkən danışıb.

"Kənd təsərürfatı məhsullarının bazarı liberaldır. Qiyməti tələb-təklif tənzimləyir. Biz nə istehsalçının, nə də istehlakçının ziyana düşməsini istəyirik. Sadəcə, bəzi məhsullar mövsümdən və iqlim şəraitində asılı olaraq bahalaşır və yaxud ucuzlaşır", - deyə o qeyd edib.

"Bu yaxınlarda dövlət kartof və soğanın ixracına məhdudiyyətlər tətbiq etdi. Zərurət yaranarsa, daxili bazarın tənzimlənməsi ilə bağlı bu kimi tədbirlər həyata keçiriləcək", - deyə İ.Quliyev əlavə edib.

635x100

Şərhlər

yalçın 2019-07-11 17:55:43

daha nə olmalıdırki?.. son yüz ilin ən yüksək meyvə-tərəvəz qiymətləri düz yayın ortasında..

Mux 2019-07-11 17:55:43

İlham bəy,siz yəqin ki,bazarlardan və marketlərdən ərzaqı özünüz almırsınız.Sizlərə hər gün hazır ərzaqı gətirirlər. Nə olar,heç olmasa maraq üçün sadə paltar geyinib.adi vətəndaş kimibazarlara və marketlərə üz tutasınız.Bax onda hər şeyin şahidi olardınız.Gilas bizim V.t.nimizin məhsuludur və rayonların özündə gilasın qiyməti çox ucuzdur.Ancaq Araz market şəbəkələrində gilasın 1 kq-6 manat,adi mağazalarda isə 5-6 manat arasıdır.Meyvələr Vətənimizdə yetişirsə niyə o baha qiymətdə olmalıdır?

Son yazılar