Qazaxda Türkmənistan vətəndaşı yol nəqliyyat hadisəsi törədib
Baxiş sayı:
Dərc olunub:
11/07/2019 - 21:30
Qazax rayonunda Türkmənistan vətəndaşının idarə etdiyi yük maşını aşaraq yol kənarındakı evin hasarına çırpılıb."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Yuxarı Salahlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan "TIR"ın idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Türkmənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Məqsəd Balıyev yüngül xəsarət alıb.
Qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.