Aramsız dolu Gürcüstanda azərbaycanlıların yaşadığı rayonda ciddi fəsadlar törədib

Aramsız dolu və güclü külək Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonuna ciddi ziyan vurub.“Report”un yerli bürosu xəbər verir ki, rayonun Şulaveri, Daştəpə və İmir kəndlərinə yağan dolu fəsadlara səbəb olub.

Təbiət hadisəsi nəticəsində bir neçə evin dam örtüyü, əkin sahələri və bəzi avtomobillərə ciddi ziyan dəyib.

Güclü külək bəzi kəndlərdə bir neçə ağacın aşaraq elektirik xətlərini zədələməsi ilə nəticələnib.

Dolunun Marneuli rayonuna vurduğu zərərin həcmi hesablanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar