“Səbail” avrokubokda debüt edib

Dərc olunub: 11/07/2019 - 22:57

a8cd2a43-f1f4-451a-9d99-c900cbd1f7f8“Səbail” futbol komandası avrokubokda debüt edib.”Report” xəbər verir ki, Azərbaycan Premyer Liqasının bürünc medalçısı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Rumıniyanın “Universitatya” kollektivini qəbul edib. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 13-cü dəqiqədə Krayova təmsilçisinin futbolçusu Aleksandru Mateyu açıb. Bundan 20 dəqiqə sonra Ağabala Ramazanov Azərbaycan futbolundakı ənənəvi künc zərbəsini qolla tamamlayıb – 1:1.
Lakin qonaqlar 51-ci və 67-ci dəqiqələrdə daha 2 qol vurublar. Müvafiq olaraq Nikuşor Banku və Mixay Roman fərqlənib. Görüşün 82-ci dəqiqəsində Ramazanov hesabı 2:3 edib. Bu oyunda vurulan son qol olub.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 18-də Krayovada olacaq.








loading...


Fikrinizi bildirin