"S-400"LƏR TÜRKİYƏYƏ GƏTİRİLDİ - VİDEO (Yenilənib)

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin ilk hissəsinin Ankaraya təhvil verilməsinə başlanılıb.

APA-nın xəbərinə görə, bununla bağlı, Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiyalı mütəxəssislərlə birlikdə, S-400-ləri gətirən təyyarələr Malatya və Ankaraya enib.

Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması ABŞ-ın ciddi narazılığına səbəb olub.

Yeni Amerika Təhlükəsizliyi Mərkəzi”nin (“Centre for a New American Security”) elmi əməkdaşı Nikolas Eras (Nicholas Heras) isə Türkiyənin S-400  almasını, hava müdafiə straqtegiyası baxımdan "oyun dəyişdirən" bir həmlə olaraq dəyərləndirilib.

NATO-nun səlahiyyətli şəxsləri belə açıqlama verib:

"Əməliyyatların və vəzifələrin icrasında hərbi güclərimizin koordinasiya olaraq çalışması həyati əhəmiyyətdədir".

Nikolas Eras da bununla bağlı mətbuata açıqlama verib: "Ərdoğanın Türkiyəni bir 'Avrasiya" gücü olaraq göstərməsi  sirr deyil. Bu da Türkiyənin, ABŞ və NATO ilə olduğu qədər Çin və Rusiya ilə də əlaqələrini balanslaşdırmağa ehtiyacı olduğu mənasını verir. Türkiyənin sonsuza qədər Amerika düşərgəsində qalacağının zəmanəti yoxdur". 

635x100

Şərhlər

t.ədalət 2019-07-12 20:00:30

ABŞ və İsrail həmişə Türkiyənin arxasında dayanıb.Bundan sonra da elə olacaq.Türkiyədə baş verənlər Türkiyənin xeyrinə deyil.Bizim Dağlıq Qarabağ ərazilərini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyanlardan biri də ABŞ-dır.Rusiya Azərbaycana həmişə işğal iştahası ilə yanaşıb.Hələlik iki yüz ildir ki,bizi qətl edən,ərazilərimizi işğal edən ABŞ yox, Rusiyadır.Rusiyanı sevənlər müstəqilliyimizin əleyhinə olanlardır.

Türk 2019-07-12 20:00:30

ABŞ RUS silahlarından it kimi qorxur.

Türk 2019-07-12 20:00:30

t.ədalətə.ABŞ-ın ""PETRİOT"-nu husilər məhv etdi.

t.ədalət 2019-07-12 20:00:30

HÖRMƏTƏ:Rus silahlarından otuz ildir ki,erməniyə atəş açırıq,hələ erməni tutduğu ərazilərimizdən geri durmayıb.Mən narahat deyiləm.Narahat olanlar erməniyə qohum olanlardır.Gözləyirlər ki, TSK-də nə vaxt "rusun barmağöı olacaq".İkinci dünya müharibəsinbin sonunda Rusiya Amerikanı və İngiltərəni Türkiyəyə hücum etməyə çalışırdı,alınmadı. Rusiyanın ermənbilər üçün Türkiyə ərazisində gözü var. İraq da,Liviya da Rusiyaya güvənirdi.Sonda darmadağın oldular.Allah Türkiyəni müxənnətlərdən qorusun!

t.ədalət 2019-07-12 20:00:30

Rus silahlarına bu qədər aludəlik Böyük Türk Ordusunun şöhrətini yaralayır.Özünü "sevincək" göstərən Türkiyə hakimiyyəti indiyədək güclü olan TSK haqqında inamı puça çıxarmaqla yanaşı,həm də "fetoçuluq" adı altında ləkələnmiş döyüş hərbiçilərinin xidmətlərini gözdən salır.Ordunu Rusiyanın "aretıq-urtuğuna" möhtac qoymağın sonu "erməniyə dayı deməklə" bitər..

Hörmət 2019-07-12 20:00:30

Yəqin bunu oxuyan t.ə kədərlənəcək

Türk 2019-07-12 20:00:30

Sağ ol böyük Ərdoğan.Bütün dünyaya sübüt etdiniz ki,Türkiyə sıradan bir dölət deyil.Böyük Türk Cümhuriyyətdir.Gün o gün olsun ki,Çanımızdan artıq sevdiyimiz Türkiyəyə baxaraq digər dövlətlərdə ABŞ və NATO-nun əsarətindən uzaqlaşmaq üçün belə bir addım atsınlar.Yaşa Türk və Müsəlman dünyasının ümid yeri R.T.Ərdoğan.Ulu tanrı sizi ABŞ-ın,NATO-nun və Avropanın şər və bohtandan hifz eləsin.Siz öz hərəkətlərinizlə Türk xalqının öz sözünə hər zaman kişi kimi sadiq olduğunu sübut etdiniz.

Son yazılar