ZAHİD ORUC BAŞ PROKURORLUĞA İRAD TUTDU - Spiker isə ona...

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin direktoru Zahid Oruc dövlət qurumlarını aktiv olmağa çağırıb.

“Report” xəbər verir ki, Zahid Oruc 3 ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini açıqlayıb.

O, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi bina, Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ölümü ətrafında baş verənlərə toxunub. Z.Oruv bildirib ki, dövlət qurumları informasiya siyasətini düzgün qurmalıdırlar: “Məhbus öldükdən 3 gün sonra Baş Prokurorluq, Ədliyyə Nazirliyinin Penitensiar xidməti açıqlama verdilər. Bu, düzgün yanaşma deyil, 3 gün ərzində həmin adamın cəsədini başları üzərinə qaldırıb, ondan hakimiyyət əleyhinə siyasət aparanları prokurorluq orqanları və ədliyyə sistemi görməli idi. Məqsəd gəncəliləri dövlətdən küsdürmək idi”.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca irad tutub. O.Əsədov deyib ki, gündəlik ətrafında çıxış etmək lazımdır: “Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, darıxırıq sən danışmayanda. Amma gündəlik ətrafında danış!”

635x100

Şərhlər

Ardı 2019-07-12 13:23:12

Hörmətli Zahid müəllim,Rabitə Nazirliyində qanunlarımız işlək vəziyyətində deyil,onlar özlərini kiçik padşah hesab edirlər, kimə arxeyindirlər bilinmir ? "Vətəndaşların Müraciətləri haqqında" Qanuna əhəmiyyət verməyirlər ? Xahiş edirik Rabitə Nazirliyində araşdırma aparın,belə bir acınacaqlı vəziyyət Rabitədə heç vaxt olmamışdır ? Sabiq Rabitə Naziri cənab Əli Abbasovun rəhmətə gedənlərinə hər daim dua oxutdururlar..İşin öhdəsindən gələ bilməyən kadrlara üstünlük verirlər,ağzı söz tutan kadrları işdən uzaql

Ardı 2019-07-12 13:23:12

etməyimizi nazir müavini Ə.Abdullayev tərəfindən tövsiyə edildi. Onun səmimiliyinə inanaraq Səbail Rayon Məhkəməsinə həyat yoldaşım tərəfindən qanunsuz işdən azad olunması ilə əlaqədar İddia ərizəsi ilə müraciət etdi.Məhkəmə iş başlayan zaman nazir müavini 2-nəfər nümayəndə göndərməklə yanaşı öz imzası ilə Hakim İlkin Rüstəmlinin ünvanına faktlara cavab verməyən təhrif olunmuş məktub göndərdi. Hakim həyat yoldaşımın faktlarla əhatə olunmuş ərizəsini kənara qoyaraq,Ə.Abdullayevin xahişini yerinə yetirdi.....

Ardı 2019-07-12 13:23:12

ancaq Baş Nazirin müavini Əli Əhmədovun ünvanına göndərdiyim ərizəmi nəzarətə götürərək araşdırmaq üçün NRYTN və ƏƏSMN-nin ünvanına göndərmişdir.Həmişə olduğu kimi Rabitə Nazirliyindən yenədə təhrif olunmuş cavab verilmiş,ancaq ƏƏSMN-nin yanında DƏMX nin 03.05.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Həyat yoldaşının Əmək müqaviləsi əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi bildirilmişdir.Həmin məktubu Rabitə Nazirliyinə göndərdim,cavab verildi ki, Məhkəməyə müraciət etməyimizi bild

S.Ənvərqızı 2019-07-12 13:23:12

Hörmətli Zahid müəllim! Rabitə Nazirliyində özbaşnalıqlar hökm sürür.Belə ki, peşəkar rabitəçilər Nazir və müavinləri tərəfindən sıxışdırılaraq işdən azad olunublar, hara şikayət etsəndə,baxılmaq üçün Rabitə Nazirliyinə göndərilir,onlarda şikayətə baxmırlar,vətəndaşı dövlətdən narazı salmağa çalışırlar.Peşəkar Rabitəçi olan həyat yoldaşımı sifariş əsasında işdən azad olunması ilə əlaqədar uzun müddətdir ki,direktif orqanlara müraciət etməyimizə baxmayaraq,qanunun aliliyinə riayət edən məmurla üzləşməmişdim,

Rabitəçi 2019-07-12 13:23:12

Hörmətli Zahid Oruc müəllim, görəsən Rabitə nazirliyində, əsasəndə Azərpoçtda, rabitəçilərə edilən zülümdən nə vaxtsa maraqlanacaq?rabitəçiləri kütləvi şəkildə işdən çıxardıblər, kənardan onların yerinə rüşvətlə rabitəçi olmayanları götürüblər.

Mux 2019-07-12 13:23:12

Görəsən, Sosial Müdafiə Nazirliyinin Sos Tədqiqat Mərkəzinin direktoru ZOruc günün hansı hissəsini TƏHQİQAT və hansını deputatlığa sərf edir? Zəhmətkeşlər xəyaldadır ki, maaş inqilabi Oktyabrın 16na O, raport edə bilərdi ki, ölkədə bütün işçilərə keçmiş dövrdən bir manat belə Əmək Haqqı borcu qalmayıb!

Xalid 2019-07-12 13:23:12

... informasiya xidmətinin iş prinsipi və məqsədi ilə qurumunun informasiya siyasətini qarışdırmaq olmaz.

Son yazılar