Milli Məclisinin növbədənkənar sessiyası başa çatıb

Dərc olunub: 12/07/2019 - 13:29

21e32069-2e86-4c31-b3fb-1bc37cdc96c9Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başa çatıb.

“Report” xəbər verir ki, iyulun 12-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Toplantıda 28 məsələ müzakirə olunub.

Əksəriyyəti 2-ci cə 3-cü oxunuş olan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edilib.

İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb və deputatlar tətilə çıxıb. Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb. Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib.










loading...


Fikrinizi bildirin