Gürcüstan parlamentinin azərbaycanlı deputatları ötən il iclaslarda çıxış etməyiblər

“Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatı Gürcüstan parlamentinin 2018-ci il üçün fəaliyyətini qiymətləndirən hesabat təqdim edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, qanunverici orqanın 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək dövrünü əhatə edən sənəddə 4azərbaycanlı deputatın fəallığı da qiymətləndirilib.

Ötən il parlamentin üzvləri üzürlü səbəbdən 1 430 dəfə parlament iclaslarına qatılmayıblar.

Hesabat dövründə parlamentdə çıxışetmə hüququndan istifadə etməyən 30 deputatın da siyahısı yer alıb. Onların arasında Gürcüstan parlamentinin azərbaycanlı deputatları - Ruslan HacıyevMahir DərziyevSavalan Mirzəyev və Azər Süleymanov da var.

Parlamentin plenar iclaslarını üzürlü səbəblərə görə ən çox buraxan deputatlar arasında Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov 2-ci yeri tutub. Deputat hesabat dövründə parlamentin plenar iclaslarında 46 dəfə iştirak etməyib.

Ötən il qanunverici orqanda qanun layihələri üzrə təşəbbüslərlə çıxış etmiş yeganə azərbaycanlı deputat S.Mirzəyev olub. O, 30 qanun layihəsi üzrə təşəbbüs irəli sürüb. Deputat həmçinin əhali ilə ən çox görüş keçirən deputatların ilk beşliyində yer alıb. O, ötən il seçiciləri ilə 97 dəfə görüş keçirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar