İran İraqla sərhəddə terrorçuların mövqeyini bombalayıb

Dərc olunub: 12/07/2019 - 15:01

525d2864317c384İran İraqla sərhəddə terrorçuların mövqeyinə zərbələr endirib.

APA-nın Tehran bürosunun məlumatına görə, bununla bağlı İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

Məlumatda bildirilir ki, SEPAH-ın Quru qoşunları iyul ayının 10-da İrana müxalif olan terror qruplarının İraq ərazisindəki təlim mərkəzləri və qərargahlarını bombalayıb.

Əməliyyat zamanı terrorçuların mövqeləri məhv edilib, çoxlu sayda terrorçu öldürülüb və ya yaralanıb.

Əməliyyatla bağlı geniş məlumat veriləcək, əməliyyatları əks etdirən kadrlar yayımlanacaq.










loading...


Fikrinizi bildirin