“S-400”lərlə bağlı hər hansı problem yoxdur - Türkiyə XİN
Baxiş sayı:
Dərc olunub:
12/07/2019 - 15:08
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan “S-400” raket sistemlərinin tədarükü ilə bağlı hər hansı problemin olmadığını, prosesin bundan sonra da rəvan şəkildə davam edəcəyini bildirib.
“Report” “YeniŞafak”a istinadən xəbər verir ki, Ankarada jurnalistlərlə görüşü zamanı nazir “S-400”lərlə bağlı saziş çərçivəsindəki işlərin davam etdiyini deyib: “Biz bu işləri əlaqəli şəkildə həyata keçiririk. Milli Müdafiə Nazirliyi də lazımı açıqlamaları verib. Heç bir sıxıntı yoxdur”.
Xatırladaq ki, Rusiyadan idxal olunan “S-400” uzun mənzilıli hava və raket müdafiə sistemlərinin ilk hissələri iyulun 12-də Ankara yaxınlığındakı Mürtəd bazasına gətirilib.
Son yazılar
11:19
“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.